Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-Tbilisi-Qars bu yaxınlarda istismara veriləcək FOTOLAR
Tarix: 13-07-2016 | Saat: 23:55
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bakı-Tbilisi-Qars bu yaxınlarda istismara veriləcək FOTOLAR

Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizellə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ə.Arslan çıxış edərək bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Bakı-Tbilisi-Qars bu yaxınlarda istismara veriləcək FOTOLAR

Bakı-Tbilisi-Qars bu yaxınlarda istismara veriləcək FOTOLAR


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
6-02-2017, 16:28 Bakıda vulkan püskürüb

bütün xəbərlər
____ Instagram ___