Daşqın gözlənilir
Tarix: 03-10-2017 | Saat: 18:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.
Onun sözlərinə görə, payız fəslində çaylarda sululuğun artması nəticəsində daşqınlar baş verir: “Bu ilin oktyabrında da belə intensiv yağışlar davam edərsə, çaylarda daşqınların olması mümkündür. Xüsusilə, Lənkəran-Astara bölgəsi çaylarından qısamüddətli daşqınların keçməsi istisna edilmir. Çaylarda daşqınlar olarsa da belə, bu, payız fəsli üçün xarakterikdir”.
A.Verdiyev qeyd edib ki, ölkə ərazisində belə yağıntılı hava şəraiti oktyabrın 5-dək davam edəcək. Onun sözlərinə görə, bu gün axşam, gecə və səhər yağıntıların davam edəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir: “Oktyabrın 5-dən sonra isə havaşəraiti mülayimləşəcək və temperatur tədricən yüksələcək”.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

21-09-2020, 15:43
“Royal Park"da işləyən fəhlə ÖLDÜ
4-10-2017, 18:04
“14 nömrə”dən 14 məqamlı vida – yalnız bizdə!
26-12-2016, 12:31
Rahidə Baxışova Parisə niyə gedib? - FOTOLAR
24-11-2015, 00:04
Birinci xanım xüsusi internat məktəbin açılışına qatılıb - FOTO
29-07-2021, 10:39
Düşmən mövqelərimizi atəşə tutdu, qumbaralar atdı
14-12-2021, 10:49
Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
11-06-2022, 11:16
Bu məktəbin direktoru hər uşağı 600 azn-ə "satır" - BUNU İCTİMAİLƏŞDİRƏN MÜƏLLİMƏYƏ TÖHMƏT VERDİRDİ
2-01-2023, 11:34
Flora Kərimovanın LÜKS EVİ: "Bəli, tavan qızıldandır" - VİDEO
19-08-2015, 01:28
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
10-03-2017, 22:14
Hamilələr, mobil telefondan uzaq durun - TÖVSİYƏLƏR