Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni milyarderə ərə getməyə hazırlaşan Səbinə Gülbala qızı kimdir? - FOTO
Tarix: 15-07-2017 | Saat: 17:43
Bölmə:Karusel / Maraqlı / M2 / Foto-fakt | çapa göndər


Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, "Rosqostrax" şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır.
Bu haqda Rusiya KİV-lərində yazıblar.

45 yaşlı Xaçaturovun sərvəti "Forbes"in hesablamalarına görə 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb. Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.

Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhəmədovaya gəldiksə isə onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir.
Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.


Xəbəri paylaş

1 7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___