Evləndikləri gün öldülər - Dəhşətli qəzanın təfərrüatı
Tarix: 13-06-2018 | Saat: 15:48
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Xəbəraz.Az lent.az-a istinadən xəbər verir ki, saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində 50 DF 025 nömrəli "KamAZ"la toqquşan "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkirdən gəlirmiş. Belə ki, Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb.
Bildirilir ki, Rahid Şahmuradov Xaçmazda yaşayırmış və bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Bu yaxınlarda qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə R.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib. Maşınla Bakıya daxil olmadan Quba-Xaçmaz istiqamətinə daha qısa və rahat getməyə imkan yaradan yola daxil olan R.Şahmuradov 5-ci kilometrlikdə avtomobili Taleh Ağayevin sürdüyü “KamAZ”a çırpıb. Zərbənin gücündən sürücü ilə yanaşı, yeni ailə qurduğu G.İsmayılova və qadının 4 yaşlı övladı İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
1 7628 dəfə oxunub.
Digər xəbərlər

26-09-2016, 17:33
Mətbuat Şurasından referendum HESABATI
29-02-2016, 13:17
“Kurtlar vadisi”nin Məmatisi: “Mafiya başçısı da olaram, transseksual da” – FOTOLAR
21-08-2018, 11:57
Rəhman Rəhmanovun ailəsi - 2 xanımı bir arada
2-09-2015, 21:59
Qırmızı Xaç Komitəsinin iki əməkdaşı öldürüldü
22-06-2021, 11:21
Sürprizlər ola bilər: "Yenidən qapanmaya gedə bilərik"
22-06-2018, 19:43
Novruz Məmmədov: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur"
5-04-2018, 17:20
Əziz Orucov azadlıqda- Foto
4-08-2017, 13:32
11 yaşlı uşağa təcavüz edən manyak: “Sizin nəvənizi zorlamışam?”
7-08-2020, 23:52
Tramp rəqibinə “Allahsız” dedi