Qanunsuz dövriyyə ilə mübarizə - Seminar
Tarix: 11-05-2016 | Saat: 14:06
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Mayın 11-də Bakıda “İmperial Tobakko” şirkətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir. Seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edir.
DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “İmperial Tobakko” şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Nataliya Leşik Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən Nataliya Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satişi və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.
Seminarda çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general- mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb. Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisi Azərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdığı problemlər barədə məlumat verən “İmperial Tobakko” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə Dövlət Gömrük Komitəsi tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib.
Seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər “İmperial Tobakko” şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

12-03-2017, 14:44
Həzrət İbrahimin (ə) Allahın Xəlili olması hadisəsi
14-08-2022, 13:06
Həftənin ilk iş gününün HAVA PROQNOZU
27-11-2022, 11:41
“Özünü ATV-də kanal rəhbəri kimi aparır” - Anar Nanəni BİABIR ETDİ
2-09-2021, 12:41
“Kefimdən yox, zülmümdən evlənirəm” - Şahbaz Quliyev
13-11-2016, 23:18
Avtomobil piyadanı vurub öldürdü
24-07-2018, 15:29
Dilarə çimərlik geyimində fotolarını paylaşdı
25-03-2017, 10:47
Bakıda bu gecə işıqlar söndürüləcək
1-10-2016, 19:42
Azərbaycanda qəza: rəis öldü, sədr yaralandı
31-03-2017, 22:19
Sükan arxasında nərd oynayan sürücü - Bakıda+video
8-02-2023, 12:02
Qar, külək gəlir, temperatur 8-10 dərəcə enəcək: məktəblər bağlanacaqmı? - RƏSMİ AÇIQLAMA