ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatları ilə görüşüb
Tarix: 04-07-2017 | Saat: 00:04
Bölmə:Karusel / Siyasət | çapa göndər
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Viqenin Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatik nümayəndələri, ATƏT-in Avstriya sədrliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də ATƏTkatibliyi görüş keçirib.
Apa-nın ATƏT katibliyinin saytına istinadən verdiyi məlumata görə, K.Viqenin Cənubi Qafqaz regionunda proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar cəhdləri ilə bağlı bir sıra görüşlərdə iştirak etmək məqsədi ilə Vyanaya səfər edib. O, bütün görüşlərində razılaşdırılmış danışıqlar formatının davam etdirilməsinin vacibliyini və siyasi iradəyə yardım məqsədilə parlamentarlar arası dialoqun potensialını vurğulayıb.
“Regiondakı münaqişələr yüksək və dözülməz insan bahasına başa gəlməkdə davam edir. Mən ATƏT Parlament Assambleyasından olan həmkarlarımla öz siyasi təsirimizi rəsmi cəhdlərdə və əsaslı, davamlı sülhün təmin edilməsində necə istifadə edə biləcəyimizi müzakirə etmək niyyətindəyəm,” xüsusi nümayəndə Viqenin belə deyib.
ATƏT Parlament Assambleyasının təxminən 300 parlamentarisini əhatə edən əsas illik görüşü bu həftə Minsk şəhərində başlayır.
Xəbəri paylaş
7068 dəfə oxunub.
Digər xəbərlər

25-10-2018, 12:56
Avropa Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
21-04-2019, 19:58
Fəhlə 13-cü mərtəbədən yıxılaraq ÖLDÜ
27-07-2017, 11:55
Lerikdə broyler fabrikində partlayış olub
6-06-2017, 12:15
İmmuniteti gücləndirir, iştahanı açır... - Qara tutun 13 FAYDASI
17-11-2015, 12:39
Masallının 4,7 milyon manatlıq «yolları»-FOTOLAR
17-08-2022, 23:43
Eltun Süleymanov: "İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsi erməni ictimayyətinə mesaj idi"
23-01-2021, 11:43
Mingəçevirdə süpürgəçi qadınlar ETİRAZ ETDİLƏR
14-04-2015, 23:04
Səbəbsiz söhbətə görə qatilə çevrilən şəxsin apellyasiya şikayəti təmin olunmadı – FOTO
7-08-2020, 16:47
COVID-19-u yüngülləşdirən spirtli içki müəyyən edildi
15-11-2017, 11:39
Məktəbdə şagirdlər dava etdi, xadimə öldü