Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səbəbsiz söhbətə görə qatilə çevrilən şəxsin apellyasiya şikayəti təmin olunmadı – FOTO
Tarix: 14-04-2015 | Saat: 23:04
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Səbəbsiz söhbətə görə qatilə çevrilən şəxsin apellyasiya şikayəti təmin olunmadı – FOTO
Hüseynovun əlindən kəsici aləti alan şəxs ona bıçaq zərbəsi vurub.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Aydın Qəhrəmanovun (1966-сı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xeberaz.az xəbər verir ki, 2013-cü il dekabrın 3-də axşam saat 20 radələrində Lökbatan qəsəbəsində, S.Orucov küçəsində yerləşən 19 saylı poliklinikanın qarşısında Aydın Qəhrəmanov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində Füzuli rayon sakini İsa Hüseynova (1964-cü il təv.) bıçaqla xəsarətlər yetirərək, hadisə yerindən qaçıb. Sonuncu kəskin qanitirmədən hadisə yerində keçinib, həmin axşam şübhəli şəxs Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı mərhumun həmin qəsəbədə yaşaması və avtomobil təmiri sexində işləməsi məlum olub.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İ.Hüseynovun ölümünə ağciyər və ürəyi zədələyən yaradan irəli gələn kəskin qanitirmə səbəb olub, onun qanında 2.8% etil spirti aşkar edilib, bu miqdar onun güclü dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması deməkdir.

İstintaqla müəyyən edilib ki, Aydın Qəhrəmanov 350 qram araq içəndən sonra yaşadığı Lökbatan qəsəbəsində gəzməyə çıxıb, küçə ilə gəzərkən o, əvvəllər tanımadığı İsa Hüseynovla rastlaşıb. Sonuncu Aydına yaxınlaşaraq, onu tanıyıb-tanımadığını soruşub, Qəhrəmanov “yox” deyə cavab verib. Aydın başa düşüb ki, o da onun kimi içkilidir, İsa onu söyüb və sifətinə sillə vurub, Qəhrəmanov isə Hüseynovu itələyərək yerə yıxıb.

Tutulan şəxsin sözlərinə görə, İsa ayağa qalxaraq cibindən bıçaq çıxarıb, aralarında dava başlayıb. Hüseynovun əlindən kəsici aləti alan şəxs ona bıçaq zərbəsi vurub və oradan uzaqlaşıb.

İstintaq yekunlaşarkən A.Qəhrəmanovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə, ittiham olunduğu maddə ilə özünü təqsirli hesab etmədiyini, cinayəti mərhumun qanunsuz əməli nəticəsində törətdiyini və özünü müdafiə etdiyini qeyd edib.

Məhkəmə araşdırma apararaq istintaq orqanının irəli sürdüyü maddəni CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib və bunu onunla əsaslandırıb ki, Qəhrəmanovun əməllərində xuliqanlıq əməli yoxdur. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti, dövlət ittihamçısı isə protest verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___