Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eltun Süleymanov: "İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsi erməni ictimayyətinə mesaj idi"
Tarix: 17-08-2022 | Saat: 23:43
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə / Aktual | çapa göndər

“Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfəri, eləcə də bu səfər zamanı İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi ictimayyət tərəfindən rəğbətlə qarşılanıb.

Hətta ölkə prezidentinin müsahibəsində səsləndirdiyi bir sıra fikirlər ölkə hüdudlarından kənarda yaşayan, Azərbaycanın iqtisadi-siyasi cəhətdən gücləndiyini,tarixi ərazilərinin geriyə alındığını  fəxrlə,qürur hissi ilə dilə gətirən həmyerlilərimiz tərəfindən də müsbət qarşılanıb."

   Faktinfo.az xəbər verir ki,bu sözləri mətbuata verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Şura sədrinin müavini bildirib ki,son iki ildə ölkəmizlə bağlı tarixin nadir müsbət hadisələri baş verir.Qarabağda tarixi qələbə,Zəngəzur dəhlizinin açılmaya çox yaxın olması,bu kimi hadisələrin qardaş Türkiyə mətbuatında analizi, dünya mətbuatının Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli siyasi uğurlarından yazması ölkəmizin regionda özünü təsdiqləməsinin bariz nümunəsidir. Hər zaman olduğu kimi, ölkəmiz istər iqtisadi cəhətdən, istərsə də siyasi nöqteyi-nəzərdən bir çox vacib məqamları əhatə etməklə mühüm addımlar atır.  

O cümlədən dövlət başçısının mütəmadi olaraq Azərbaycanın  bütün bölgələrinə səfərlər etməsi,regionlarda aparılan və getdikcə daha böyük vüsət alan abadlıq-quruculuq işlərinə, xüsusilə rayonların inkişafına dair dövlət proqramlarının icrasından irəli gələn işlərə nəzarət etməsi,baş tutan bir sıra  müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı həmin işlərin icrası prosesində şəffaflığın təmin olunmasına da xidmət edir.”


E.Süleymanovun sözlərinə görə,İlham Əliyevin xarici siyasətində önəmli olan faktor da öz sözünü deyir.Belə ki,onun siyasi-diplomatik fəaliyyətində sujet xətti mürəkkəbliyinə baxmayaraq məkirli qonşularmızın yüz illərlə nail olduqları siyasi-ideoloji inhisarı darmadağın edir.Əgər bu gün Qarabağın Azərbaycana məxsusluğunu dünya dövlətləri,o cümlədən böyük əksəriyyət erməni ictimaiyyəti qəbul edirsə bu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin özünü doğrultmasıdır.


Həmçinin paralel olaraq  bu gün dövlətin qarşısında duran əsas məsələlərdən biri də əhalinin məşğulluğunun təmin olunmasıdır.Azərbaycanda bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılır.Bu baxımdan möhtərəm dövlət başçımızın avqustun 12-də açılışında iştirak etdiyi, Basqal qəsəbəsində yeni inşa olunmuş 179 otaqlı müasir otel də həm bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək, həm də yerli sakinlərə 300-ə yaxın iş yeri təqdim etməklə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək. Bəli,gördüyünüz kimi ölkəmizdə mövcud olan iqtisadi inkişaf, əhalinin rifah səviyyəsinin getdikcə yüksəlməsi  öz sözünü deyir.Tendensiyyanın bu şəkildə davam etməsi yaşayış səviyyəsi hər gün biraz da ağırlaşan erməni cəmiyyətindən azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlərin sayını artırıb.


Bilirik ki,ölkə əhalisi getdikcə artır və bu günAzərbaycan vətəndaşlarının sayı 10 milyon nəfərdən çoxdur. Əlbəttə ki, bu çox müsbət bir haldır. İkinci bir tərəfdən isə, ölkə əhalisinin sayında müşahidə olunan artım bir çox vacib məsələlərin həllini də ön plana çıxarmış olur. Təbii ki, belə məsələlərdən biri də əhalinin işlə təmin olunması ilə bağlıdır.Öz müsahibəsində ölkə prezidenti İlham Əliyev bu məsələyə də xüsusi toxunaraq bildirdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki ölkə əhalisi artır və buna müvafiq olaraq iş yerlərinə tələbat da artır. Deyə bilərik ki, bu gün ölkəmizdə məhz bu istiqamətdə kifayət qədər səmərəli, məqsədyönlü addımlar atılır. O cümlədən regionların iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulan prioritet istiqamətlərdən biri də məhz yeni iş yerlərin açılmasını nəzərdə tutur. Dövlət öz tərəfindən həm bir sıra mühüm layihələrin icrası nəticəsində, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur. ”, - deyə E.Süleymanov qeyd edib.


 Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov Prezident İlham Əliyevin müsahibəsində yer alan siyasi məqamlar barədə də fikirlərini bölüşüb: “Bu gün Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini də zəruri edib. Bir tərəfdən Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə və bu əsasda formalaşmış yeni regional reallıqlar bütün region ölkələrinin və qonşu dəvlətlərin iqtisadi inkişafında irəliyə doğru möhtəşəm bir sıçrayış edə bilmək imkanları verir. Əslində Azərbaycanın indiyədək təşəbbüskarı kimi çıxış etdiyi bütün beynəlxalq layihələr iştirakçı ölkələrin hər birinin inkişafına, xalqlarının rifah yüksəlişinə mühüm töhfələr verib. Bu gün isə yaranmış imkanlar daha geniş və daha perspektivlidir. Bu imkanların düzgün qiymətləndirilməsi və reallaşdırılması Cənubi Qafqazı ən yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirə bilər. 


İkinci bir tərəfdən isə, bu gün Ermənistanın siyasi rəhbərliyinin, eləcə də bu ölkənin hakim dairələrinə təsir imkanlarına malik olan bəzi separatçı qüvvələrin qeyri-adekvat davranışı nəinki yaranmış imkanların reallaşmasını əngəlləyir, həmçinin belə mövqe Azərbaycan dövlətinin nəyin bahasına olursa-olsun qoruyub saxlamağa və möhkəmləndirməyə çalışdığı sülhü böyük təhlükə altına atır. Erməni tərəfinin artıq iki ilə yaxındır ki, imzaladığı 10 noyabr Üçtərəfli bəyanatının müddəalarına hələ də əməl etməkdən yayınması, ölkəmizə qarşı müntəzəm olaraq təxribatlar törətməkdən əl çəkməməsi birmənalı olaraq regional vəziyyətin gərginləşməsinə zəmin yaradır. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu nəinki istənilən belə təxribatın qarşısını dərhal və qətiyyətlə almağa, hətta yaxın bir neçə onillik ərzində Ermənistanı belə əməllər barədə düşünmək iqtidarında belə olmayacaq bir vəziyyətə gətirmək imkanlarına sahibdir. Elə avqustun 3-də növbəti erməni hərbi təxribatına cavab olaraq ordumuzun keçirdiyi “Qisas” əməliyyatı da bunu sübut edən növbəti aşkar dəlildir. 


Göründüyü kimi, Azərbaycan artıq yeni siyasi reallıqdan çıxış edir,erməni ictimayyətinə bir mesaj verir,separatçıları və onların havadarlarını bir daha xəbərdar edir. Qarabağ mövzusunda erməni hərbi təxribatına cavab olaraq ordumuzun keçirdiyi “Qisas” əməliyyatı o deməkdir ki,artıq hər hansı təxribata cavab verməmək keçmişdə qaldı.Yəni,ölkə prezidenti cənab İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır.

Həmçinin,Qarabağ mövzusu  Ermənistanla danışıqlarda ümumiyyətlə müzakirə obyekti ola bilməz. Bu, Azərbaycanın daxili məsələsidir və heç bir xarici dövlət, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz,” – deyə Eltun Süleymanov qeyd edib.

   



Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___