Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatları ilə görüşüb
Tarix: 04-07-2017 | Saat: 00:04
Bölmə:Karusel / Siyasət | çapa göndər



ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Viqenin Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatik nümayəndələri, ATƏT-in Avstriya sədrliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də ATƏTkatibliyi görüş keçirib. 
 
Apa-nın ATƏT katibliyinin saytına istinadən verdiyi məlumata görə, K.Viqenin Cənubi Qafqaz regionunda proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar cəhdləri ilə bağlı bir sıra görüşlərdə iştirak etmək məqsədi ilə Vyanaya səfər edib.  O, bütün görüşlərində razılaşdırılmış danışıqlar formatının davam etdirilməsinin vacibliyini və siyasi iradəyə yardım məqsədilə parlamentarlar arası dialoqun potensialını vurğulayıb. 
 
“Regiondakı münaqişələr yüksək və dözülməz insan bahasına başa gəlməkdə davam edir. Mən ATƏT Parlament Assambleyasından olan həmkarlarımla öz siyasi təsirimizi rəsmi cəhdlərdə və əsaslı, davamlı sülhün təmin edilməsində necə istifadə edə biləcəyimizi müzakirə etmək  niyyətindəyəm,” xüsusi nümayəndə Viqenin belə deyib.
 
ATƏT Parlament Assambleyasının təxminən 300 parlamentarisini əhatə edən əsas illik görüşü bu həftə Minsk şəhərində başlayır.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___