Çiyələk sevənlərə pis xəbər - Ən zərərli...
Tarix: 30-03-2017 | Saat: 23:01
Bölmə:Karusel / Maraqlı | çapa göndər
ABŞ alimləri bir çox giləmeyvə, tərəvəz və meyvənin tərkibini yoxlayaraq onlardan hansının insan orqanizminə daha çox zərərli olduğunu müəyyən ediblər. Tədqiqatlar göstərib ki, çoxlarının sevdiyi çiyələk pestisidlərlə doludur. Məhz bu giləmeyvə sağlamlıq üçün ən təhlükəlidir.
"Xəbəraz.az "AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat müəlliflərinin fikrincə, tərkibində olan zərərli maddələrin miqdarına görə ikinci yerdə ispanaq və alma gəlir. Bundan başqa, mütəxəssislər armudu və şaftalını, habelə üzüm, kərəviz, albalını orqanizm üçün zərərli meyvə hesab ediblər. Ekspertlərin fikrincə, kartof, şirin bibər və pomidor ən az zərərli tərəvəzdir.
Tədqiqatçılar qeyd edirlər ki, təbii ərzaqların 70 faizi kimyəvi emala məruz qalır ki, bu da son dərəcə təhlükəlidir. Bu, xüsusilə uşaqların sağlamlığı üçün zərərli ola bilər (mövsümlər arasında məhz uşaqlara bu cür məhsullar verilir).
Sağlamlıq üçün təhlükəsiz meyvə-tərəvəz sırasında mütəxəssislər ananas, avokado, kivi, qreypfrut və papayyaya üstünlük verməyi tövsiyə edirlər. Həmçinin soğanı, gül kələmi, badımcan və qulançarı ehtiyat etmədən yemək olar.
Xəbəri paylaş
8028 dəfə oxunub.
Digər xəbərlər

20-03-2017, 13:16
Hollandiyada silahı bizə tuşlayıb... - Türk nazir
18-10-2015, 17:04
"Deyib ki, İlhaməni öldürmək istəyirəm, zəhər tap"
21-05-2018, 23:36
Peyğəmbərlər və imamlar hər şeyi biliblər?
26-09-2015, 14:30
Lider TV onu eşşək, vələdüzina və xoruz adlandırdı - Video
12-01-2017, 17:52
Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub
2-11-2016, 09:46
İrəvanda metronu da su basdı - Foto
18-05-2016, 15:14
Hakim oğlunu öldürən şəxs həbs edildi
27-08-2015, 17:31
Çox su içə bilməyənlərin nəzərinə
24-06-2019, 20:43
Şirməmməd Hüseynov 95 yaşında vəfat etdi