"Deyib ki, İlhaməni öldürmək istəyirəm, zəhər tap"
Tarix: 18-10-2015 | Saat: 17:04
Bölmə:M / Şou-Biznes / M2 | çapa göndər
Xalq artisti İlhamə Quliyeva həyatına sui-qəsd edilməsi iddiası ilə mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, İ. Quliyeva bildirib ki, il yarım bundan əvvəl Mehriban Hüseynova (Bəylərqızı) onun evinə köməkçi-xadimə kimi işə götürülüb: “Oğlumun dostu ilə dil tapıb, ona deyib ki, İlhaməni öldürmək istəyirəm, mənə zəhər tap.
Deyirmiş, onun var-dövləti mənə qalsın. Oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kiçik kamera qoyun. Mən psixotrop dərmanları soyuducudan tapdım. Onun evimdə olduğu müddətdə özümü çox pis hiss edirdim. Sən demə, yeməyimə dərman qatırmış.
Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Bundan başqa, evimdən qızıllarımı, bahalı xəz paltolarımı oğurlayıb. Evimdə cadu edib, qıfıllar asıb. O, bu işləri başqalarının da başına gətirib”.
İ. Quliyeva əlavə edib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarını evə dəvət edib: “Mən evə polis dəvət etdim, gəldilər, onu bir yolla çağırtdırdım, götürüb apardılar. Amma necə olur polis deyir ki, bizə müraciət etməyib? Mən Mehribanı tutdurmaq istəmirdim.
Mənim yaxınımı şantaj ediblər, onu çağırıb deyiblər ki, Mehribanın başından bir tük əskik olsa, sən də, İlhamə də özündən küssün. Ona görə mən də axıra qədər davam etdim. Məni arxayın etmişdilər ki, onu tutmuşuq, Kürdəxanıdadır.
Amma bu günlərdə bir dəfə maşını onların küçəsindən sürdürdüm, gördüm ki, Mehriban maşındadır. Yanındakılar mənim işçilərimə təzyiq edəndə maşından düşdüm. Məni görəndə qaçdılar. Ərinə dedim ki, Mehriban Kürdəxanıda olmalıdır. Dedi, mən buraxdırmışam”.
Xəbəri paylaş
5828 dəfə oxunub.
Digər xəbərlər

25-12-2021, 11:50
Prezident İlham Əliyev: Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib, ancaq bilirəm ki, onun ruhu şaddır
13-12-2015, 15:26
“28 cinema” 3 illiyini qeyd edir
14-12-2016, 20:26
Tanıdığımız reklam simaları illər sonra - FOTOLAR
23-12-2022, 12:10
Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır
14-07-2016, 11:26
Azərbaycan təhsil nazirinin keçmiş müavini vəfat etdi
4-07-2015, 17:27
Nikotini bədəndən belə təmizləmək olar
16-08-2018, 16:28
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
1-07-2016, 21:42
160-cı briqadanın komandiri Bakıda - Foto
1-10-2015, 16:47
Ziya Məmmədovun işdən çıxması xəbərinə RƏSMİ AÇIQLAMA