Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrəvanda metronu da su basdı - Foto
Tarix: 02-11-2016 | Saat: 09:46
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

İrəvanda metronu da su basdı - Foto
Noyabrın ilk günü Ermənistanın paytaxtına qar yağıb. Bu səbəbdən İrəvan da daxil olmaqla, Ermənistanın bir sıra regionlarındakı yollarda nəqliyyatın hərəkəti iflic olub.

"Xəbəraz.az " erməni mediasına istinadən xəbər verir ki, daha sonra işğalçı ölkənin paytaxtında şiddətli yağışın yağması yollarda keçilməz göllərin yaranmasına gətirib çıxarıb. Leysan yağış İrəvan metrosunun da ayıblarını üzə çıxarıb. Belə ki, İrəvan küçələrindən axan sel-su tavandan süzülərək “Zoravar Andranik” metrostansiyasına da dolub. Vəziyyətin dözülməzliyi barədə danışan sərnişinlər bildirib ki, səhər saatlarından metronun içinə “yağan” yağışı dayandırmaq mümkün olmayıb.

“Bayırda necə yağırsa, metronun içinə də tavandan elə damır”, - şahidlərdən biri söyləyib. Gizlin çəkilmiş fotolardan da görünür ki, metropoliten işçiləri yağış sularının axdığı yerə iri vannalar düzüb. Onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan yəqin ki, bundan sonra İrəvan metrostansiyalarını təmir üçün dilənməyə başlayacaq. Maraqlısı budur ki, Ermənistanın yeni hökuməti elə bu gün əhaliyə yekə-yekə vədlər vermişdi.

Ekspertlər təcili tədbirlər görülməyəcəyi halda, düşmən ölkədə yenidən davamlı etiraz aksiyalarına start veriləcəyini istisna etmirlər.

İrəvanda metronu da su basdı - Foto
İrəvanda metronu da su basdı - Foto


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
24-02-2020, 13:21 Polis 35 nəfəri saxladı

bütün xəbərlər
____ Instagram ___