Lerikdəki qar faciəsi ilə bağlı YENİ XƏBƏR
Tarix: 24-02-2017 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Ötən gün Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra həmin evdə yaşamaq mümkün deyil. O mənzilin sakinləri müvəqqəti olaraq qohumlarının evində məskunlaşıblar.
Bunu açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi vətəndaşı çadırla təmin edib: “Lakin hava şaxtalı, qarlı olduğuna görə çadırda durmaq mümkün olmadı. Çadır alilə başçısına təqdim edildi. İcra hakimiyyəti olaraq biz vətəndaşı müvəqqəti olaraq qohumlarının evinə yerləşdirdik. Evin iki otağı tam yararsız hala düşüb, orada yaşamaq mümkün deyil. Yəqin ailə başqa bir yerə köçürüləcək. Həlak olanların yas mərasimi ev sahibi Əhliman Mustafayevin digər oğlunun evində keçiriləcək”.
H.Məlikov bildirib ki, insanlar min illərdir həmin kənddə yaşayır, son vaxtlarda belə bir uçqun qeydə alınmayıb: “Bu kənd 150 metr hündürlüyündəki dağın ətəyində yerləşir. Kəndin iqlimi Xınalıq kəndini xatırladır. Orada qarın hündürlüyü 2 metrə qədər olur. Dünən biz kəndə çatana qədər yolları təmizlədik, lakin ötən gecə çovğun səbəbindən yol yenidən bağlanıb. Səhər saatlarında texnika işlədi, yol təmizlənib. Lakin bu gecə də yolun yenidən buz bağlaması istisna edilmir”.
Qeyd edək ki, ötən gün qar uçqunu evin üzərinə düşüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 uşaq isə sağ qalıb.
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

11-01-2018, 19:02
Bu il üç dəfə Günəş tutulması baş verəcək
29-12-2017, 10:52
Sabahdan beş günlük tətil başlayır
2-05-2016, 19:46
"Prezident sözlərini əməli addımları ilə təsdiq edir"
23-12-2015, 21:44
Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri görüşüb
14-03-2017, 22:10
Bakıda dəhşətli hadisə: özünü 12-ci mərtəbədən atdı
27-04-2016, 00:01
Fransa: "Əsəd vəzifədə qala bilər, ancaq...
30-01-2021, 03:41
Tehranda nə baş verir?
6-08-2018, 15:45
Bakıda ən yüksək maaş alan kimlərdir?
16-06-2016, 20:28
Tərtərdə raket hissəsi tapıldı