Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə raket hissəsi tapıldı
Tarix: 16-06-2016 | Saat: 20:28
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər

Tərtərdə raket hissəsi tapıldı
Tərtər rayonunda raket hissəsi aşkar edilib.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsində və 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə, 1 əkin sahəsində, 9 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 28 000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Quzanlı kəndi - 1 əkin sahəsinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 3000 kv.m ərazi yoxlanılıb.

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 7000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2440 kv.m ərazi yoxlanılıb.

İyun 16-da 5 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 19 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 50 440 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 16 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 610 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 532 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___