Sumqayıtın ən təhlükəli yolunda növbəti QƏZA: ağır yaralılar var - VİDEO
Tarix: 25-11-2016 | Saat: 18:26
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Bu gün günorta saatlarında Sumqayıtda yol qəzası baş verib. Hadisə şəhərin 13-cü mikrorayonu, Babək küçəsi ("Qayalı" marketin yaxınlığında) avtomobil yolunda qeydə alınıb.
"Xəbəraz.az " xeberle.com-a istinadən xəbər verir ki, qəza zamanı yoldan keçən 2 piyadanı maşın vuraraq ölümcül yaralayıb.
Qeyd edək ki, Babək küçəsində dəfələrlə yol-nəqliyyat hadisəsi baş verir. Buranı artıq Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab etmək olar. Xatırlayırsınızsa, ötən il "Hiper market"in də qarşısında bir uşağı avtobus vurmuşdu və uşaq möcüzə nəticəsində sağ qalmışdı. Xatırladaq ki, həm "Hiper", həm də "Qayalı" marketin qarşısında yolu təhlükəsiz keçmək üçün piyada keçidi - zebra var. Lakin bir sıra sürücü qaydaları pozaraq piyadalara yol vermir.
Bu, azmış kimi, marşrut avtobus sürücüləri də bu ərazilərdə qaydalara riayət etmir, çox zaman nəqliyyat vasitəsini düz zebranın üzərində saxlayır. Məsələnin ən acınacaqlı tərəfi isə budur ki, sözügedən ərazidə ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinə nəzarət olunmur. Şəhər yol polisi müfəttişləri bu ərazidə məhz piyadalara qarşı qanun pozuntularına dair vaxtaşırı reydlər keçirmir. Nəqliyyat departamenti isə ümumiyyətlə, Sumqayıtda, sanki, fəaliyyət göstərmir. Nəticədə isə belə bədbəxt hadisələrin - acınacaqlı vəziyyətin şahidi oluruq.
Xəbəri paylaş
6218 dəfə oxunub.
Digər xəbərlər

3-10-2019, 14:12
Kəlbəcərli girovlar erməni hərbçilərlə dəyişdiriləcək - GƏLİŞMƏ
13-08-2020, 13:10
Bu şəxslərin işləməyi qadağan edilsin! - Baş nazirdən tapşırıq
5-03-2019, 09:28
Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər - Yeni layihə razılaşdırma mərhələsindədir
29-05-2017, 12:13
Dünyanın ən sürətli və bahalı maşınlarını Dubay polisi sürür - fotolar
19-10-2016, 13:02
İqtisadiyyat “Azərbaycan Dəmir Yolları”QSC yük vaqonlarına nəzarəti gücləndirməlidir
7-11-2016, 20:51
Bakıda maşın elektrik dirəyinə çırpılıb alışdı VİDEO
21-06-2016, 11:22
Yanukoviçin müşaviri Tramp üçün işləyəcək
7-11-2018, 12:21
ÇL: Bu gün IV tura yekun vurulacaq
10-06-2017, 20:03
DAMLANIN "SUPER AŞİK"İN GÖZOXŞAYAN – FOTOSESSİYA
21-04-2016, 23:49
Azərbaycanlı uşaqlar Ərdoğanı duyğulandırdı - FOTOLAR