Kolleci bitirənlər ali məktəblərə bu qayda ilə daxil ola biləcəklər - Yeni layihə razılaşdırma mərhələsindədir
Tarix: 05-03-2019 | Saat: 09:28
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Xəbəraz.Az xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.
Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Yeni qaydalar layihəsində bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili pilləsinə köçürülməsi məsələsi də öz əksini tapıb. Layihədə bu prosedurun sadələşdirilməsi, belə tələbələrin ali məktəbdə topladığı kreditlərin kollecə qəbul zamanı nəzərə alınması nəzərdə tutulur.
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-03-2019 | Saat: 09:28
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Xəbəraz.Az xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.
Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Xəbəri paylaş
Digər xəbərlər
20-04-2017, 16:04
Avroliqanın oyunlarını göstərəcək kanallar - SİYAHI
30-12-2020, 12:08
İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verdi
8-08-2017, 09:36
Hava ilə bağlı - XƏBƏRDARLIQ
28-01-2019, 14:01
“Qarabağ”ın təsisçisi vəfat etdi
2-04-2018, 20:30
Türkiyəli aktyor dünyasını dəyişdi - fotolar
1-03-2019, 17:46
Qızım Sabirdən 4 aylıq hamilə idi" - Bakıda elçilikdən sonrakı dəhşətli cinayətin təfərrüatları
22-08-2016, 11:21
Bakıda lift şaxtaya düşdü: yaralılar var - FOTOLAR
17-02-2017, 13:05
Şahin Zəkizadə son mənzilə yola salınır - FOTO-VIDEO
11-02-2016, 18:11
39 yaşlı qadını 22 yaşlı sevgilisi öldürüb – RƏSMİ
15-04-2016, 13:33
12 illik təhsilə keçid müzakirələri