Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Sumqayıtın ən təhlükəli yolunda növbəti QƏZA: ağır yaralılar var - VİDEO

Sumqayıtın ən təhlükəli yolunda növbəti QƏZA: ağır yaralılar var - VİDEO


25-11-2016, 18:26. Yazar: Xeberaz
Sumqayıtın ən təhlükəli yolunda növbəti QƏZA: ağır yaralılar var - VİDEO



Bu gün günorta saatlarında Sumqayıtda yol qəzası baş verib. Hadisə şəhərin 13-cü mikrorayonu, Babək küçəsi ("Qayalı" marketin yaxınlığında) avtomobil yolunda qeydə alınıb.

"Xəbəraz.az " xeberle.com-a istinadən xəbər verir ki, qəza zamanı yoldan keçən 2 piyadanı maşın vuraraq ölümcül yaralayıb.

Qeyd edək ki, Babək küçəsində dəfələrlə yol-nəqliyyat hadisəsi baş verir. Buranı artıq Sumqayıtın ən təhlükəli avtomobil yolu hesab etmək olar. Xatırlayırsınızsa, ötən il "Hiper market"in də qarşısında bir uşağı avtobus vurmuşdu və uşaq möcüzə nəticəsində sağ qalmışdı. Xatırladaq ki, həm "Hiper", həm də "Qayalı" marketin qarşısında yolu təhlükəsiz keçmək üçün piyada keçidi - zebra var. Lakin bir sıra sürücü qaydaları pozaraq piyadalara yol vermir.

Bu, azmış kimi, marşrut avtobus sürücüləri də bu ərazilərdə qaydalara riayət etmir, çox zaman nəqliyyat vasitəsini düz zebranın üzərində saxlayır. Məsələnin ən acınacaqlı tərəfi isə budur ki, sözügedən ərazidə ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinə nəzarət olunmur. Şəhər yol polisi müfəttişləri bu ərazidə məhz piyadalara qarşı qanun pozuntularına dair vaxtaşırı reydlər keçirmir. Nəqliyyat departamenti isə ümumiyyətlə, Sumqayıtda, sanki, fəaliyyət göstərmir. Nəticədə isə belə bədbəxt hadisələrin - acınacaqlı vəziyyətin şahidi oluruq.




Geri dön