Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtisadiyyat “Azərbaycan Dəmir Yolları”QSC yük vaqonlarına nəzarəti gücləndirməlidir
Tarix: 19-10-2016 | Saat: 13:02
Bölmə:M / Karusel / İqtisadiyyat / Aktual | çapa göndər

İqtisadiyyat “Azərbaycan Dəmir Yolları”QSC yük vaqonlarına nəzarəti gücləndirməlidir
“Azərbaycan Dəmir Yolları “ASC-nin mənfəətini artırması üçün başlıca şərt əmək və vaqon məhsuldarlığı itkisinə yol verilməməsi olmalıdır.Faktinfo.az saytının əldə etdiyi məlumatlarda metal daşıyan vaqonların günlərlə yüklü vəziyyətdə qalmasından, vaqon azlığından danışılır.13 oktyabr Azərbaycan Dəmir Yolları işçilərinin peşə bayramı günü Cavid Qurbanovun orada baş vermiş nöqsanları dilə gətirməsi deməyə əsas verir ki,ADY-nin inkişafı növbəti aylarda prioritet məsələ kimi qarşıya qoyulan ən ümdə məsələdir.Elə bu səbəbdən C.Qurbanovun vaqonların yüklü vəziyyətdə qalıb vaxtında boşaldılmaması məsələsini də nəzarətdə saxlamasını sayt olaraq məqsədə uyğun hesab etdik.

Faktinfo.az saytının analitik qrupu belə düşünür ki, “ADY” QSC-yə aid metal daşıyan vaqonların yüklü vəziyyətdə günlərlə bəzi şirkətlərdə dayanması QSC-nin rentabelliyini aşağı salır. Belə ki, əgər metal yüklənməsi üçün vaqon çatışmırsa, bəzi təşkilatlar günlərlə vaqon gözləyirsə, bu o deməkdir ki, əmək məhsuldarlığı aşağı düşür, vaqon məhsuldarlığı itkisi yaranır. Düzdür, müəyyən şirkətlər yükü vaxtında boşaltmırlarsa , hər bir yüklü vaqona görə 24 saat ərzində 5 manat vəsait ödəyir. Amma bu vaqon gözləyən fiziki, hüquqi şəxslərin və ya iri şirkətlərin “ADY” QSC-yə daşınmaya görə ödəyə biləcəyi vəsaitdən 10 dəfə azdır.

İndiki şəraitdə “ADY” QSC məhsuldarlığın qalxmasının, dövriyyənin intensivliyinin yüksək olması üçün bu amilləri nəzərdən qaçırmamalıdır. Şirkətlər yüklü vaqonları vaxtında boşaltmalıdır. Bunu etmirlərsə, “ADY” QSC daha kəskin mövqe nümayiş etdirib, 24 saat ərzində boşaldılmayan dolu vaqona görə 5 manat deyil, daha artıq məbləğ müəyyənləşdirməlidir ki, əmək və vaqon məhsuldarlığı itkisi yaranmasın. Bir sözlə, düz mütənasiblik təmin edilsin. Onda şirkətlər gətirdikləri xammalı istehsal etdikləri malın maya dəyərində artım olamaması səbəbilə vaxtında boşaltmaq məcburiyyətində qalar.

Bildiyimizə görə , Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işlədiyi illərdə əmək məhsuldarlığı aşağı düşməməsi, vaqon məhsuldarlığı itkisi yaranmaması məqsədilə hər gün sellektor iclasına şəxsən özü rəhbərlik edib,bu həssas məsələni keçmis SSRİ məkanında nəzarətdə saxlayırmış.

Məlumat üçün bildirək ki, hazırda metal daşıyan vaqonları gözlədən şirkətlərdən biri “Baku Steel Company” şirkətidir.

Fuad İsgəndərov


Xəbəri paylaş

9598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___