Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı
Tarix: 19-02-2016 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Bura ailəvi restoran kimi fəaliyyət göstərir”.
Bakıda Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması haqda məlumat vermişdik.
Musavat-a istinadən xəbər veririk ki, Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hazırda restoranı icarə götürdüyünü deyən sahibkar Kamal Mənsimli obyekti fevral ayının əvvəlində icarəyə götürdüyünü bildirdi.
Sahibkar qeyd etdi ki, obyekti icarəyə götürdüyü müddət ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməyib:
“Bura ailəvi restoran kimi fəaliyyət göstərir. Biz işləyən müddətdə heç bir əməliyyat olmayıb”.
K.Mənsimli daha əvvəl restoranın əxlaqsız yuva kimi fəaliyyət göstərməsindən və belə bir əməliyyatın keçirilməsindən xəbərsiz olduğunu dedi.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

13-03-2023, 12:51
Azərbaycanda işsizlər üçün şad xəbər - Ayda 345 AZN ala bilərsiniz...
3-04-2017, 15:02
Qazaxıstan Prezidentinə "Heydər Əliyev" ordeni təqdim edilib
13-03-2015, 11:52
İlham Əliyev: Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik - YENİLƏNİB + FOTO
25-06-2015, 13:49
Orta məktəb direktoru haqqında polisə şikayət var
12-08-2018, 13:08
Bakıda “Ford” və “Kamaz” toqquşdu, iki nəfər yaralandı
21-12-2021, 22:05
"DƏYİRMAN" Ailəvi Restoran haqqında yazılanlar şər-böhtandır-Açıqlama
11-01-2020, 13:43
Nərminin qatili həbs olunmaya bilər... - TƏFƏRRÜATLAR
23-10-2017, 10:08
İllər üzrə 2018-in PROQNOZU: İt ilində bizi nə gözləyir?