Ana Sayfa > Karusel / Gündəm / M2 > Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı

Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı


19-02-2016, 15:22. Yazar: Xeberaz
Əməliyyat keçirildiyi deyilən məşhur restoranın sahibi danışdı

“Bura ailəvi restoran kimi fəaliyyət göstərir”.

Bakıda Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması haqda məlumat vermişdik.

Musavat-a istinadən xəbər veririk ki, Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hazırda restoranı icarə götürdüyünü deyən sahibkar Kamal Mənsimli obyekti fevral ayının əvvəlində icarəyə götürdüyünü bildirdi.

Sahibkar qeyd etdi ki, obyekti icarəyə götürdüyü müddət ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməyib:

“Bura ailəvi restoran kimi fəaliyyət göstərir. Biz işləyən müddətdə heç bir əməliyyat olmayıb”.

K.Mənsimli daha əvvəl restoranın əxlaqsız yuva kimi fəaliyyət göstərməsindən və belə bir əməliyyatın keçirilməsindən xəbərsiz olduğunu dedi.
Geri dön