Orta məktəb direktoru haqqında polisə şikayət var
Tarix: 25-06-2015 | Saat: 13:49
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər
Ağsu rayonunda orta məktəb direktoru işçisini döyüb. Bu barədə zərərçəkən polisə şikayət edib.
Xeberaz.az xəbər verir ki, Hadisə Keçdiməz kəndinin orta məktəbində qeydə alınıb. Qadın şikayətində deyib ki, orta məktəb direktoru Maarif Səmədov işə hecikdiyi üçün onu vurub. Rayon polis şöbəsindən ANS PRESS-ə qadının şikayətinin araşdırıldığını bildiriblər.
Hadisə ilə bağlı məktəb direktorunun özü ilə əlaqə saxladıq. Maarif Səmədov ANS PRESS-ə açıqlamasında qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub.
"Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz".
Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar.
"Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsil mahiyəti məlum olacaq".
Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildirdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.
Xəbəri paylaş
6698 dəfə oxunub.
Digər xəbərlər

15-08-2017, 22:37
Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda qələbə qazandı
12-03-2016, 15:06
Barmaqlar həm də xarakterimizdir
17-07-2015, 19:10
Azərbaycanda bələdiyyə sədri əmisi oğlunu öldürdü
1-09-2016, 17:15
Zakir Qaralov deputatın oğluna vəzifə verdi
2-12-2015, 18:31
Bu yolda “parking” ləğv edildi - Sürücülərin nəzərinə
14-09-2018, 20:32
Türkiyədə saxlanılan azərbaycanlı dilənçi hər kəsi heyrətləndirdi - FOTO
20-08-2015, 00:38
Quba yolunda dəhşətli qəza: “Mercedes” yandı - VİDEO
6-12-2016, 19:43
Məşhurların yeni kabusu: Seks robotları
13-04-2015, 22:10
Göz Yaşı haqqında - Oxuyun xəbəriniz olsun.