Azərbaycanda daha bir şəhər salınır
Tarix: 12-02-2016 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
O, açıqlamasında “Bakının Baş Planı” olan bu layihədə müasir və yüksək həyat səviyyəsi, tarazlı inkişafın əldə edilməsi, davamlılıq prinsiplərinin tətbiqinin nəzərdə tutulduğunu deyib:
“Layihənin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib. Nəzərdə tutulmuş işlərin icrası layihə təsdiq olunduqdan sonra planlaşdırılır”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi, digər işlərin reallaşdırılması nəzərdə tutulub. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılıb.
Bakı şəhərinin "Sovetski" adlanan ərazisindəki köhnə evlərin sökülməsindən sonra heç bir tikinti işlərinin aparılmayacağı, yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyi bildirilib.
Həmçinin, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.
Yeni Baş Plan - Böyük Bakının Regional İnkişaf Planı isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir.
Xəbəri paylaş
7378 dəfə oxunub.
Digər xəbərlər

24-10-2015, 15:06
Holly Hagan dərin sinə dekoltesi ilə - FOTO
17-10-2018, 10:15
Yuxu zamanı insan bədənində baş verən 10 MÜHÜM DƏYİŞİKLİK
6-04-2015, 13:03
Rəqs qrupu ilə birlikdə tamaşaçılara möhtəşəm şou yaşadıb.
14-09-2021, 10:35
Sevil-Sevinc bacılarından hamiləlik iddialarına reaksiya - 1 ildir müalicə olunurmuş
25-05-2016, 20:23
Rusiyadan şok statistika: İki ildə 32 min...
2-04-2016, 11:45
"Yeni layihələrin icrasını saxlamışıq" - Rövnəq Abdullayev
4-08-2018, 14:16
Türkiyədən cavab gəldi: ABŞ nazirlərinə sanksiya
20-11-2017, 10:22
Aygünün 1589-cu əməliyyatı, Səmədin Əliylə məzələnməyi, Anar Nağılbazın "narkomanlığı", İlhamənin qızılları - HƏFTƏBECƏR
2-09-2017, 16:11
Prezident Cəlilabadda - FOTOLAR