Azərbaycanda daha bir şəhər salınır
Tarix: 12-02-2016 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.
O, açıqlamasında “Bakının Baş Planı” olan bu layihədə müasir və yüksək həyat səviyyəsi, tarazlı inkişafın əldə edilməsi, davamlılıq prinsiplərinin tətbiqinin nəzərdə tutulduğunu deyib:
“Layihənin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib. Nəzərdə tutulmuş işlərin icrası layihə təsdiq olunduqdan sonra planlaşdırılır”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi, digər işlərin reallaşdırılması nəzərdə tutulub. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılıb.
Bakı şəhərinin "Sovetski" adlanan ərazisindəki köhnə evlərin sökülməsindən sonra heç bir tikinti işlərinin aparılmayacağı, yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyi bildirilib.
Həmçinin, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.
Yeni Baş Plan - Böyük Bakının Regional İnkişaf Planı isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir.
Xəbəri paylaş
7338 dəfə oxunub.
Digər xəbərlər

10-01-2016, 19:42
İlham Əliyev manatın devalvasiyasından danışdı
3-03-2016, 15:55
Qorbaçov ad günündə mahnı oxudu - Video
19-02-2016, 14:27
“Microsoft” Pentaqonda 4 milyon cihaza “Windows 10” yükləyəcək
17-07-2017, 10:35
Azərbaycanda sərnişin avtobusu aşıb - yaralılar var - YENİLƏNİB
10-12-2016, 19:49
2025-ci ildə Azərbaycanda yoxsulluq tam aradan qaldırılacaq
11-04-2017, 22:13
Bakı metrosunda gizli telefon var... - Dəstəyi götürən zaman…
28-07-2021, 10:49
"Müğənni adı altında kabinetlərdə qucaqdan-qucağa gəzir..." - Yazdığını sildi - FOTO
29-11-2019, 02:22
Tramp gözlənilmədən Əfqanıstana səfər edib
13-11-2017, 15:30
Bacısının başını kəsib azadlığa çıxan qızla bağlı YENİ MƏHKƏMƏ