Vasif Talıbov ev və avtomobil verdi - FOTO
Tarix: 24-12-2015 | Saat: 22:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Tədbir keçirilib.
Bu gün Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 349 sağlamlıq imkanları məhdud şəxs protez-ortopedik xidmət və 390 nəfər texniki bərpa vasitələri ilə təmin olunub. İl ərzində 189 nəfər müxtəlif sanatoriya və pansionatlara, 18 nəfər xarici ölkələrə müalicəyə göndərilib, 657 nəfər Əlillərin Bərpa Mərkəzində müalicə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib:
“Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.oxu.az
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

14-04-2015, 15:36
ABŞ daha Azərbaycan və Ermənistanı barışdırmayacaq
1-06-2017, 12:16
Bakıda ağır qəzada ölən polis vəzifəli şəxsin oğludur
19-04-2023, 13:46
"Mənim qədər pul qazanan var?" - Şəbnəm Tovuzlu
13-06-2016, 21:37
İran və ABŞ-ın Suriyadakı əsl məqsədi nədir?
26-01-2017, 15:34
Umka özünə 15 minlik maşın aldı - FOTO
26-11-2017, 08:54
133 sürücü cərimələndi - VİDEO
24-11-2015, 12:25
Məşhur ulduz gecəboyu min hoqqadan çıxdı FOTOLAR
8-07-2019, 16:11
184 saylı bağça müdirinin polislə “qaçdı-tutdu“ oyunu - VİDEO
29-04-2016, 19:11
Ərdoğandan xüsusi Qarabağ - Təlimatı
31-07-2017, 20:19
İlham Əliyev onu "Dostluq" ordeni ilə mükafatlandırdı...