Allahşükür Paşazadə Misir və Əfqanıstan səfirlərini qəbul edib
Tarix: 17-12-2015 | Saat: 17:56
Bölmə:M / Karusel / Siyasət / İbadət | çapa göndər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının və Əfqanıstanın Azərbaycandakı səfirlərini qəbul edib.
Xeberaz.az Apa.az-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında olan tarixi əlaqələr və mənəvi yaxınlıq, dini-mənəvi əlaqələrin inkişafı müsbət dəyərləndirilib. Misir səfiri xanım Suzan Cəmil ilə görüşdə A. Paşazadə bu ölkənin Əl-Əzhar şeyxinə salamlarını və onu gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə görmək istəyini çatdırmağı səfirdən rica edib.
Səfir isə Azərbaycanda olduğu iki ay ərzində müşahidə etdiyi dinlərarası münasibətlərdəki tolerantlıq, müxtəlif məzhəb və dinlər arasında mövcud qardaşlıq və ehtiramdan çox məmnun olduğunu qeyd edərək, ölkəmizdə aparılan quruculuq işlərinin miqyasından danışıb.
Daha sonra Əfqanıstan səfiri Taqi Xalilini qəbul edən A. Paşazadə Azərbaycan və Əfqanıstan xalqları arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib və bu istiqamətdə fəaliyyətində səfirə uğurlar arzulayıb.
Görüşün sonunda xatirə hədiyyəsi təqdim olunub.
Xəbəri paylaş
6198 dəfə oxunub.
Digər xəbərlər

13-01-2016, 12:59
Hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ
26-06-2015, 15:18
Leyla Əliyeva Bakı Zooloji Parkında yeni qəfəsin açılışında - FOTO
14-06-2016, 21:09
Yol polisi bu avtomobilləri saxlamayacaq
27-05-2017, 16:00
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO
1-12-2020, 15:44
DYP-dən avtobus zolaqları ilə bağlı AÇIQLAMA
19-02-2019, 11:56
Artıq tükənmişəm, işləyə bilmirəm, - deyənlər MÜTLƏQ OXUSUN
14-11-2015, 13:18
"Evimi, maşınımı girov qoyub konsert verirəm" - Röya
26-01-2018, 13:33
Aygün Kazımova üçün ÖZƏL GÜN
21-03-2015, 14:03
Ağlayan tort resepti bizdə