Saakaşvilini niyə vətəndaşlıqdan məhrum etdilər? – SƏBƏBLƏR
Tarix: 08-12-2015 | Saat: 15:55
Bölmə:M / Siyasət / M2 | çapa göndər
“Mən Konstitusiyanı poza bilmərəm”.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili sabiq dövlət başçısı Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edilməsi qərarını Konstitusiyanın tələbinə uyğun olaraq verdiyini açıqladı.
Xeberaz.az “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Kavkasia” teleşirkətinin efirində bildirib.
Qanuna görə, digər dövlətin vətəndaşlığının alınması insanın Gürcüstan vətəndaşlığından məhrum edilməsinə sözsüz əsasdır. Saakaşvili 2015-ci ilin iyulunda Ukrayna vətəndaşı olub.
“Mən Konstitusiyanı siyasi manevr üçün poza bilməzdim. Bu ölkədə riayət etdiyim qanunlar var”, - Marqvelaşvili deyib.
Gürcüstan prezidenti həmçinin Saakaşvilini başqa ölkənin vətəndaşlığını aldığı üçün qınayıb.
“Gürcüstanın iki dəfə prezidenti və iki dəfə bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı olmusansa, ölkənin adından Gürcüstan bayrağını qaldırmısansa, sən bu ölkənin vətəndaşlığına hörmət etməyə məcbursan”, - Marqvelaşvili bəyan edib.
Marqvelaşvili Gürcüstanın dünya tarixinə 2 dəfə prezident seçilmiş şəxsi vətəndaşlıqdan məhrum etmiş ölkə kimi daxil olmasının xoş hal olmadığını da vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin qubernatorunun Gürcüstan vətəndaşlığından məhrum edilməsinə dair Fərmanı Marqvelaşvili dekabrın 4-də verib.
Xəbəri paylaş
5688 dəfə oxunub.
Digər xəbərlər

26-03-2016, 13:13
Bakıda jurnalist bacanağının evini yardı
27-01-2016, 14:29
Prezident Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib
25-09-2020, 12:34
Azərbaycanda direktor rüşvətə görə HƏBS EDİLDİ
21-05-2022, 12:11
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
7-12-2021, 11:32
Özünü "qul" hesab edən keçmiş nazir müavininin biznesi aşkarlandı
13-04-2015, 21:41
İlk mobilni telefon necə yarandı
16-08-2021, 19:54
Bu kənddə hamı çılpaqdır: Əhalisi gündən-günə artır - FOTOlar
24-09-2018, 17:14
İCRA BAŞÇISI BAKIDA 300 İT SAXLAYAN ŞƏXSİ MƏHKƏMƏYƏ VERİB
15-08-2023, 18:35
"Volt Azərbaycan" SÜKUTU POZDU: "Fəaliyyətimizi davam etdiririk"
24-08-2017, 10:21
Cəbhədə vəziyyət necədir?