Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə terrorçular prokuroru girov götürdü- Fotolar
Tarix: 31-03-2015 | Saat: 17:10
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Türkiyədə terrorçular prokuroru girov götürdü- Fotolar

Türkiyədə Gezi parkı olayları zamanı polisin atdığı gözyaşardıcı qaz kapsulunun başına dəyməsi səbəbindən dünyasının dəyişən Berkin Elvanın işinə baxan prokuror terrorçular tərəfindən girov götürülüb.


Xeberaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çağlayandakı ofisində DHKP-C tərəfindən girov götürülən prokuroru xilas etmək üçün təhlükəsizlik qüvvələri içəri daxil olmaq istəsə də terrorçular silahdan 2 dəfə atəş açıblar.

Terrorçular yerli vaxtla saat 15:36-ya kimi 5 tələblərinin yerinə yetirilməsi üçün vaxt veriblər.

Hazırda prokuror Mehmet Selim Kirazın ofisinin yerləşdiyi binanın giriş və çıxışı polislər tərəfindən əhatəyə alınıb.

***

Terrorçuların tələbləri isə ondan ibarətdir ki, Berkin Elvanı öldürən polislər TV-də günahlarını etiraf etməli və haqlarında cinayət işi açılmalı, bundan başqa, Berkin Elvan üçün təşkil olunan nümayişlərə qatılanlar haqqında açılan cinayət işləri ləğv edilməli və tutulanlar azad edilməlidir.


Prokuroru girov götürən terrorçular binadan təhlükəsiz şəkildə çıxmalarının təmin edilməsini tələb ediblər. Həmçinin onlarla əlaqə saxlayacaq vəkil və
siyasətçilərdən ibarət bir heyətin yaradılmasını şərt olaraq irəli sürüblər.






Xəbəri paylaş

7188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___