Leyla Əliyeva Sergey Pospelovla görüşdü
Tarix: 06-11-2015 | Saat: 21:08
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər
Əməkdaşlıq haqqında razılıq əldə olunub.
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva ilə Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin sədri Sergey Pospelov arasında görüş keçirilib.
Xəbəraz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi sədrinin müşavirləri Denis Zavarzin və İlya Yarmanov, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.
Görüşdə könüllülük hərəkatının inkişafı üzrə birgə layihələrin, ekologiya, istedadlı gənclərə dəstək layihəsi, Azərbaycanda rus dilinə, Rusiyada isə Azərbaycan dilinə dəstək layihələrinin mümkünlüyü müzakirə olunub.
L. Əliyeva Azərbaycanda bütün rusdilli məktəblərin qorunub saxlanıldığını, Rusiya mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlərin keçirildiyini bildirib.
“Bakıda Mixail Lermontovun 200 illiyinə həsr olunan gecə keçirilib. Sergey Yeseninin xatirə gəcəsinin keçirilməsi planlaşdırılır”, - deyə AMOR sədri vurğulayıb.
L. Əliyeva AMOR təşkilatının Rusiya ali məktəblərində təhsil alan tələbələrə ayrıca təqaüd ayırdığını da söyləyib.
Sergey Pospelov isə öz növbəsində Azərbaycan və Rusiya gənclərinin bir çox beynəlxalq arenalarda vahid mövqedən çıxış etdiklərini və bunun sevindirici hal olduğunu vurğulayıb. O, Soçidə keçirilən “Formula 1” yarışlarının təşkilat komitəsinin könüllü korpusunun yardımını təklif edib.
“Könüllü korpusun təcrübəsi 2016-cı ildə Bakıda keçiriləcək yarış üçün xeyirli ola bilər”, - deyə S.Pospelov qeyd edib.
Görüşdə Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondu arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.
Xəbəri paylaş
5308 dəfə oxunub.
Digər xəbərlər

18-05-2015, 12:15
Son iki gündə erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 148 dəfə pozublar.
7-09-2015, 15:54
Mətanət İsgəndərli bacısını yanından uzaqlaşdırdı
30-08-2017, 13:48
Artur Rasizadə kimləri yola salır? - Siyahı
29-06-2017, 11:09
Murad və Aslıdan barışıq - Fotoları
15-05-2021, 14:30
Bakıda xanım həkim xəstəni maşınla SÜRÜDÜ - ŞOK VİDEO yayıldı...
27-02-2017, 21:09
Əsgərimizin həlak olması xəbəri yalan çıxdı - Video
21-03-2018, 11:54
Sabah havanın temperaturu 24 dərəcəyədək qalxacaq
13-04-2017, 18:10
Bakıda 2 övladının başı kəsilən qadından – YENİ XƏBƏR
10-12-2015, 19:35
Manatın dəyəri niyə möhkəm saxlanır və yaxud saxlanılmalıdır?... – RƏY