Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib
Tarix: 18-10-2015 | Saat: 15:58
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
Xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Səhiyyə Təşkilatı və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə qadınlar üçün pulsuz mammoqrafik müayinə keçirilib.
Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, “Döş xərçənginin profilaktikası” xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.
Həkim-mammoloq, tibb elmləri namizədi Aytən Əmirova qeyd edib ki, bu aksiya çərçivəsində onlarca qadın müayinə olunub. Diaqnostika bir neçə mərhələdən ibarətdir: mammoloji müayinə, genetik meyilliliyin aydınlaşdırılması, ultrasəs müayinəsi və risk dərəcəsinin aşkar edilməsi. Aksiya Rusiyanın başqa şəhərlərində davam etdiriləcək.
Qeyd edək ki, Rusiya ərazisində döş xərçənginin yayılması dinamikasının artması ilə əlaqədar, RAGB-nin təşəbbüsü ilə keçirilən bu aksiya Moskva sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Döş xərçəngi çox vaxt 35-42 yaşlı qadınlarda rast gəlir. Dünya Səhiyyə Təşkilatı (DST) 1992-ci ildən başlayaraq hər il oktyabr ayında döş xərçənginə qarşı mübarizə kampaniyası keçirir, əhalini bu xəstəlik və onun müalicəsinin yeni üsulları haqqında məlumatlandırır.
Xəbəri paylaş
4968 dəfə oxunub.
Digər xəbərlər

18-08-2016, 17:37
Rusiyadan Rövşən Lənkəranskinin ölümü ilə bağlı ilginc versiya
2-04-2018, 09:51
Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi - HƏFTƏBECƏR
15-06-2016, 21:36
Sabunçuda yanğın
16-04-2016, 20:24
Özünü Qarabağ əlili kimi təqdim edən dilənçinin 100 minlik CİP-i - FOTO
26-01-2019, 09:03
Günelin dörd aylıq körpəsi tələf olub
6-10-2015, 00:44
Teatr sevərlərin nəzərinə
20-01-2016, 20:04
Venesuela OPEK-i təcili görüşə çağırdı
5-10-2016, 17:57
Azərbaycanlıların Cümə məscidində toplanması qadağan edildi - FOTO