Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanı "sevən" erməni nazir
Tarix: 23-09-2015 | Saat: 12:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Azərbaycanı "sevən" erməni nazir
Politoloq: "Nalbandyan Azərbaycanın üstünlüklərindən narahat olur və müharibə qorxusu yaşayır"
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti dəfə sərsəm açıqlamaları ilə gündəm yaratmağa çalışıb, Azərbaycana qarşı ənənəvi böhtan xarakterli bəyanatlar səsləndirib.

ANS PRESS-in məlumatına görə, XİN rəhbəri BBC-nin Rusiya xidmətinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi barədə fikrilərini açıqlayıb və bildirib ki, hazırda Qərblə Rusiya arasında ixtilaf yaşansa da, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir ayrılığı yoxdur. O, İrəvanın müttəfiqi Moskvanın Bakıya silah satmasına normal baxdığını, ancaq bunun Ermənistan üçün o qədər də xoşagələn məsələ olmadığını söyləyib.

E.Nalbandyan diqqəti Azərbaycanın silahlanmasına yönəldib və deyib: "Azərbaycan son on ildə hərbi büdcəsini 30 dəfə artıraraq 5 milyard dollara çatdırıb. Dünyada hərbi büdcəsini 30 dəfə artıran ikinci ölkə tanımıram. Azərbaycan keçmişin hadisələrindən ibrət dərsi almayaraq “bütün qırmızı xətləri” keçib."


O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığını da vurğulayıb, Azərbaycanı münaqişə zonası yaxınlığında hərbi manevrlər keçirərək gərginliyi artırmaqda ittiham edib: "Azərbaycanın sadəcə olaraq böyük xülyaları budur ki, qaz və neftdən əldə edilən asan pullarla münaqişənin onların xeyrinə tənzimlənməsini almaq olar."

Siyasi şərhçi Rüstəm Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada Nalbandyanın dediyi fikirləri cəfəngiyyat adlandırıb, ATƏT-in Minsk qrupuna birmənalı olaraq etibarın qalmadığını deyib: "XİN başçısının "Azərbaycanın qırmızı xətti keçməsi" fikri erməni iddiasından, uydurmasından, rəsmi Bakıya xox gəlməkdən başqa bir şey deyil. Nalbandyan, Azərbaycanın üstünlüklərindən narahat olur və müharibə qorxusu yaşayır. Ona görə belə sərsəm açıqlamalar verir."

R.Məmmədov Azərbaycanın Ermənistan ilə münasibətlərində tamamilə düzgün strategiya tutduğunu deyib: "Rəsmi Bakı çalışır ki, beynəlxalq hüquqa hörmət etmək yolu ilə bu prosesi tənzimləsin. Ermənistan isə beynəlxalq hüququ poza-poza gedir. Bu mənada əgər Azərbaycan Ermənistana hücum edərsə, bunu heç kim beynəlxalq hüququn pozuntusu kimi qəbul etməyəcək. Bu, birmənalıdır. Azərbaycan çalışır ki, özünə həmrəy, tərəfdaş tapsın və bu geostrateji məqamdan faydalansın."


Rüstəm Məmmədov - siyasi şərhçi

Azərbaycanı "sevən" erməni nazir
O, Azərbaycanın indiyədək onun mənafeyini qoruyacaq tərəfdaş tapmamasının səbəbini isə belə izah edib: "Azərbaycan Rusiyaya münasibətlərdə uzunmüddət tərəfdaş kimi baxmadı. Bu isə Rusiyanın xoşuna gəlmədi. Rusiya bu məsələdə əks mövqe tutmuşdu. Məncə əsas səbəb bu idi. Türkiyə də tərəfdaş ola bilmir. Çünki burada iki tərəf var - ABŞ və Rusiya. ABŞ-ın tərtəfdaş ola biləcəyinə ehtimal çox azdır, çünki, o, ikibaşlı siyasət aparır. Bu siyasət təbii ki, bizi qane etmir. Amma biz Rusiyanı tərəfdaş tutsaydıq, bəlkə də bu bir az başqa cür olardı. Yəni Rusiya indi öz reallığını sübut etməyə çalışır və müəyyən dərəcədə sübut edə bilib."


XİN binası
Azərbaycanı "sevən" erməni nazir
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan xarici işlər nazirinin müsahibəsinə münasibət bildirib. O deyib ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığında israr etsə də, orada Ermənistan silahlı qüvvələrinin olması bunun tam əksini və Azərbaycan ərazisinin məhz işğal olunduğunu göstərir. Hərbi xərclərə gəlincə, adambaşına düşən ÜDM-ə görə İrəvanın hərbi xərcləri Azərbaycandan çoxdur.

XİN nümayəndəsi vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsində ortaq mövqeyə malik olsalar da, onlar hazırkı status-kvonu, yəni Ermənistan tərəfindən işğal və təcavüzü qəbul etmək istəmirlər: "Ermənistan mövcud beynəlxalq qanunlara görə işğal etdiyi ərazidən çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri də bunu tələb edir."


Hikmət Hacıyev - XİN-nin mətbuat xidmətinin rəhbəri
Azərbaycanı "sevən" erməni nazir
Bir sözlə, təcavüzkar, kasıb, asılı, forpost dövlətin oyuncaq xarici işlər nazirinin sözləri ölkə daxili vəziyyətə hesablanıb. İndi İrəvanda ictimai-siyasi vəziyyət Ermənistan hakimiyyəti üçün ürəkaçan deyil. Onsuz da hamı bilir ki, Ermənistan təcavüzkardır, Azərbaycan torpaqlarını işğal edib. Sadəcə, Nalbandyan özlərinə uyğun fikirlər səsləndirsədə, reallığı görməməzliyə vursa da, rəsmi Bakıya "simpatiyası"nı gizlətmir, Azərbaycanın apardığı siyasəti yaxşı dərk edir. Necə deyərlər, Edvard Nalbandyan bulanlıq suda öz balığını tutur.



4958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___