Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bizi bu qələbəyə aparan…”-Çinarə Ömray “Beşatılan”dan yazır…
Tarix: 04-12-2023 | Saat: 14:58
Bölmə:M / Karusel / Gündəm / Bizim seçim | çapa göndər





“Hər zaman pafosa qarşı olmuşuq, amma bəzi sevgilər var ki, onlarda pafos olması mütləqdir. Bu həm də vətən sevgisidir. Dostum mənə bir filim haqqında danışdı , dedi yeni çəkilib, Qarabağ müharibəsindən bəsh edən filimdir. Adı “Beşatılan”dır. Ancaq başdan ayağa pafosdur. Dostuma dedim ki, bilmirəm senarist ya rejjisor kimdir, amma elə bizi bu qələbəyə aparan həm də o pafoslu çıxışlar, pafoslu sevgi oldu. Onun üçün də vətənpərvərlik mövzularda bunun olması normaldı.

Daha sonra rejissoru Elçin Məmiyev olan , iki serialı “Beşatılan” filimini izlədim. Filimin sətiraltı mesajları, ideyası yetərincə maraqlı idi. Deməli filimdə birinci Qarabağ müharibəsində, aprel döyüşlərində iştirak edən və hazırda ehtiyatda olan 4 hərbiçi dost 44 günlük Vətən müharibəsinin başlanmasını eşidib yenidən bir araya yığışır və bu döyüşlərə könüllü qoşulmağı qərara alırlar. Biri komandir olmaqla 3 kəşfiyyatçı zabit ilk əmirlərini alıb səngərə yola düşürlər. Və onların tabeçiliyinə bir nəfər də gənc nişançı verirlər. Beləliklə həm öz subnimal mesajı olan, həm də dəstələrinin adı olaraq “Beşatılan” döyüş meydanına atılır.

Hadisələr bu cür davam edir. Filimi izləsəniz ən azı 44 günlük Vətən müharibəsində ön cəbhədə yaşananlardan, erməni ordusunda baş verənlərdən məlumatlı olarsınız. Filimdə bəyəndiyim səhnələr çox idi, bunlardan biri də düşmən tərfinin də yetərincə dəqiq xarakterizə edilməsi idi. Əslində onların döyüşmək istəməməsi, necə qorxaq və satılmağa meyilli olması kiçik detallarla məharətli şəkildə ifadə edilmişdi. Və bir də rejissor sətiraltı çox maraqlı mesaj ötürmüşdü.

Məsələn, bizim əsgərlərin ruh yüksəkliyi, döyüşkənliyi, vuruşmaq sevgisi, azad etmək, qalib gəlmək duyğusunu görsədir, eynən də qarşı tərəfin o qədər ruhsuz, ordudan yayınmaq, hiylə ilə nəsə əldə etmək istəyini görsədir. Burda rejissor bunu çox ustalıqla izah edir ki, QARABAĞ AZƏRBAYCANDIR! Çünki ancaq öz vətəni , doğulduğu torpağı üçün adam sevgi ilə, qürurla, həvəslə döyüşər. Qarşı tərəfin döyüşdən yayınmağı buranın onun vətəni olamamasının ən bariz göstəricsi olduğunu bildirir.

Filimdə həm də bir azərbaycanlı xanımın protetipi var. Bir yanda yaşlı ərini tövlədə gizlətməyə çalışan, ordudan yayındıran erməni qadını, digər tərəfdə yeni ailə qurmuş, bətnində övladı olan lakin buna baxmayaraq vətən uğrunda övladının atasız böyüməsini gözə alan, məğrur dayanıqlı, qürurlu Azərbaycan xanımı. “Beşatılan”da bu beş dostun başına gələn əhvalatlar barədə çox danışmaq istəmirəm, necə deyərlər “yüz danışmaqdansa bir baxmaq yaxşıdır”. Hər kəsi filimə baxmağa dəvət edirəm. Sonda müəllifə, aktyor heyyətinə sonsuz təşəkkürümü bildirirəm bu sevgilərinə görə”.

 





Xəbəri paylaş

4 3048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___