Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Yarı həkim candan edər"
Tarix: 29-10-2023 | Saat: 21:04
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə / Araşdırma | çapa göndər


Tarixən insanların  məşğul olduğu iki ən müqəddəs məslək var ki, müəllim və həkimdir.

Dualarımızda  sevdiklərinizə, bəzən sevmədiklərimizə belə öncəliklə can sağlığı diləyirik. Can sağlığı ən qiymətli sərvətimizdirsə, gərək onu etibarlı əllərə təslim edək ki, sağlamlığımıza xələl gəlməsin 

Əminəm ki, söhbətimizin haraya gedəcəyi, siz oxucularımızada ciddi marağa səbəb oldu.

Elə isə sizləri çox maraqdan saxlamadan, keçək sözümüzün "Mustafasına".

Bir neçə gün öncə həmkarlarım Sabirabad rayon ərazisinə şəxs işləri üçün qonaq gediblər. Yolçuluq zamanı səhətində narahatlıq yaranan həmkarımız Aygün Məmmədovaya Sabirabad rayon .... kəndində çox bilikli həkim olduğu, evində xidmət göstərdiyi,kənd sakinləri tərəfindən tövsiyyə olunur. 

Göstərilən ünvana gələn həmkarlarımız Aygün Məmmədova və Elmira Hümbətova həkim kimi təqdim olunan Mirzağa Məmmədovun "klinikasının" önündə ciddi növbə olduğunun şahidi olurlar. 

Əslində elə jurnalist həmkarlarımdan da maraq buradan yaranır.

Onlar Mirzağa Məmmədovun geniş, tibbi tələbata uyğun, peşakar bir tibb ocağı olduğunu düşünürkən, qarşılarına kiçik, qeyri-steril, ən əsası isə ali həkim həhsili olmayan birisi çıxır. Qapısında saatlarla növbə gözlədikdən sonra, nəhayət Aygün Məmmədova Mirzağa Məmmədovun qəbuluna düşə bilir. Mirzağa "həkim" xəstədən səhətində nədən  şikayət etdiyinin səbəbini soruşduqda sonra, xəstəyə  20 qram qədərində qərman preparatını xəstənin bədənində yeridir. Xəstə isə ona tətbiq olunan dərman vasitəsinin nə olduğunu belə bilmir. 

Aygün xanım Mirzağa Məmmədovun "klinikasında" təsadüfü pasientin oldu. 

Sabirabad rayon ...... kəndinin onlarca sakini hər gün Mirzağa Məmmədovun qapısında, əllərində torba dolu müxtəlif dərman preparatları ilə sistem köçürülməsi növbəsini gözləyir. Digər bir tərəfdə isə Mirzağa "həkim" əməliyyatlar, cərrahi müdaxilələr edir. 

Pasientlərə isə təmənnasız xidmət göstərməsi adı altında böyük nüfuz toplayır. Halbu ki, onun təyin etdiyi dərman preparatları satılan aptek digər apteklərdən dəfələrlə baha qiymətə satış edir və əvəzi isə kassa aparatından qəbz ödəmir. 

(Bu barədə bir qədər sonra)

Həmkarlarım Mirzağa "həkimin" məharətləri ilə yaxından tanış olurlar istədikdə, məlum olub ki, o heç həkim deyil. Salyan  Təcili Tibbi Yardım Stansiyasında tibb qardaşı vəzifəsində çalışır. Belə olan təqdirdə onun hansı səlahiyyəti var ki, xəstə üçün dərman təyinedib, resept yazsın. Üstəlik heç bir analiz olunmadan, xorqanizmaların individuallugı nəzərə  alınmadan, pasientlərin allergik reaksiyaları yoxlanılmasına, yanaşı xəstəliklər oyrənilmədən və s.

Mirzağa Məmmədovun fəaliyyətinə irad bildirən jurnalist Elmira Hümbətova ciddi müqavimətlə qarşılaşıb. Mirzağa "həkim" "əsl həkim təmkini" sərgiləyərək, "klinikasında" müalicə verdiyi kənd sakinlərini Elmira Hümbətovanın üzərinə qaldırmağa sövq edib və buna nail olub.

Sonradan isə həmkarını kənara çəkərək "baxim-görüm" etmək istədikdə isə sərt cavabla qarşılaşıb. Vəziyyətin bu hala gəldiyini görən "həkim" Elmira xanımı polislə, prokurorlar hədələməy başlayır. Bildirir ki, " Mən burada prokuroru, polisi, onların ailə üzvlərini müalicə edirəm" .

Düzü buna həm inanmaq istərdik, həm də yox. 

Məgər prokuror, polis bilmir ki, ali təhsilli həkim olmayan şəxsin, xəstə üçün dərman vasitələri təyin etməsi, pespt yazması cinayət əməlidir?

Bu sualın cavabını əminik ki, aidiyyatı orqanlar araşdıracaqlar.

Biz dönək yuxarıda bəhs etdiyimiz aptekə!

Əməkdaşlarımız uzun-uzun növbə gözlədikləri zaman aptekdə baş verən hallar gözlərinə sataşır. Diqqətlərini çəkən məqamlar şübhə doğurduğunu üçün aptekdən dərman almaq qərarına gəlirlər. Bu dərman o dərman ki, FENZEPİN adlanır.

Hər bir həkim, tibb işçisi, əzzazçı gözəl bilir ki, bu ailədən olan dərman preparatları psixotrop dərmanlar sırasında yer alır və onların satışı yalnız 3 möhür ilə təsdiqlənmiş (müalicə həkimi, şöbə müdiri, baş həkimin möhürləri)möhürlü pesept vasitəsi ilə satılır. Satildiqdan sonra isə preparatın hesabatı və hansı xəstəyə satıldığı aidiyyatı orqanlara təqdim edilir. Mirzağa Məmmədovun xəstələri isə asanlıqla buradan istədikləri dərman vasitələrini ala bilirlər. 

Doğru, biz bunun üçün Mirzağa Məmmədovu günahlandıra bilmərik. Əlimizdə olan məlumata əsasən bəhs etdiyimiz aptek Milli Qəhramanı ailəsinə məxsusdur. Lakin bu Milli Qəhramanımızın ailəsinə əsas vermir ki, qanundan kənar, psixotrop dərman vasitələri heç bir məhdudiyyət olmadan satışını həyata keçirsin.  Belə bir davranış Milli Qəhramanımızın ruhuna təhqirdir. 

Biz mətbuat orqanı olaraq qarşı tərəflə əlaqə yaratmağa çalışdıq. Dəfələrlə özümüzün yanlmamızı istədik ki, həkim müqəddəsliyinə xələl gətirməyək. Çox təəssüf olsun ki, Mirzağa Məmmədovun bizimlə əlaqə yaratmaq və suallarımıza cavab vermək istəmədi. Belə olan təqdirdə günahını qəbul etməsi faktını təsdiqləmiş oldu. Halbu ki, biz mətbuat orqanı olaraq, Mirzağa Məmmədovun özünü ifadə etməsini çox istədik. Nə yazıq ki, istəyimiz boşuna idi.

Hətta biz həmkarımız Aygün Məmmədovaya tətbiq olunan iynədən sonra ağır vəziyyətə Bakıya qayıtması və üzərinə təcili tibbi yardım çağırılması faktından bəhs etmədik.  Aygun xanıma yeridilən dərman vasitəsindən sonra ağır hepertonik hallar yaşayıb ki, təyziqi 160-100-ə çatıb. Faktı təsdiq edən  Bakı şəhər 2 saylı TTYS-nın növbətçi həkimi olub. 

Artıq biz sözümüzü bitirmək istəyirik. Son olaraq isə insan həyatı ilə biznes quran hər kim olursa-olsun, qarşılığını sevdiklərinin sağlamlığı bahasına ödəməli olur. Hüquqi yanı bir kənara .Can sağlığını qanunlar geri qaytarmaq 

Tərifə Maqsudova



Xəbəri paylaş

8688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___