Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qadına gücü yetən "İGİD""
Tarix: 25-10-2023 | Saat: 13:58
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj / Aktual | çapa göndər


İnsan var olsunda bu günə elə bir həyat arzusunda olub ki, özündən sonra daima yaddaşlarda yaşasın. Kimizi elmi, kimisi, kimisi yaratdığı əsərləri ilə iz qoyub. Çoxları isə naqis əməlləri ilə xatırlanıb, lənətlənmiş.

Bəs bu  gün həyatımızda sabahımız üçün bir ad saxlamağı düşünə bilirikmi?

Sanıram qətiyyən yox.

Belə qənaətə gəlməmizin saysız-hesabsız səbəbləri var ki, sizə birindən danışmaq istəyirəm.

Paytaxtda tikinti şirkətlərinin bir gecədə qaldırdıqları saysız-hesabsız binalar, sözün həqiqi mənasında həyatımızı istila edib. Mövzumuz yenə də bu deyil. Əsas mövzumuz tikinti şirkətlərinin hədəflərinə çatmaları üçün insan həyatını hərraca qoymalarıdır.

Necə ki, VƏTƏN İnşaat MMC kimi

Vətən insaat MMC-nin Yeni Günəşli yaşayış massivi, Həzrəti Zəhra məscidinin yaxınlığında apardığı tikilidə olduğu kimi.

Tikinti yaşayış binası kimi nəzərdə tutulub və 12.12.2023-cu il tarixində inşasına başlanılıb. İnşaatda hər zaman olduğu kimi, hüquqlarını bilməyən, və ya bilsə də belə ac ailəsiniə bir parça çörək aparmaq üçün ölümü gözə alan kasıb insanlar əsas işçi qüvvəsi olaraq seçilir. 

Maraqlı və həm də acınacaqlı hal ondan ibarətdir ki, tikintiyə nəzarət üçün  şərəf, ləyaqət, vicdan,mərhəmət və,s insanı duyğularını satmış varliqlara həvalə olunur. Necə ki, yuxarıda qeyd etdiyimiz ünvana nəzarət edən Məmmədov Elnur Sahib oğlu kimilər.

Bu Elnur  tikintidə çalışan  insanlar ilə elə bir münasibət saxlayır ki, sanki, Misir ehramların inşa edən qullara və ya, faşizm konslaqerləribdə ölümə məhkum olunmuş əsirlərlə rəftar edir.

Təbii ki, belə bir varlığın insan həyatına verdiyi dəyəri anlamaq çətin deyil. Ona görə də tikintiyə buraxılan fəhlələrin, heç bir təhlükəsizlik tədbirləri təmin olunmur. Xüsusi geyimlər haqqında danışmaq bir kənara, heç təhlükəsizliyə nəzarət edən mühəndis belə anlayışı yoxdur. Yəni işçilər VƏTƏN inşaat MMC-də bəxdə-bəxt bir parça çörək uğruna həyatlarını qumara qoyurlar. Ən acınacaqlı hal isə, "qumarda"udan hər zaman MMC olur. Çünki, kartlar adını qeyd etdiyimiz Elnur Məmmədov kimi bir ləyaqət yoxsulun əlindədir ki, öz sahibinin sərmayəsi nə sərmayə qatmaq xatirinə hər bir rəzilluyin altına imza atmağa hazırdır.

Sanırsınız bəlkə  bir qədər şişirdirdirik.

İnanın ki, olduğundan çox azını qələmə alırıq. Lakin bunu söyləmədən keçə bilmirik. 

Elnur Məmmədov tikinti aparılan ərazidə  çalışan fəhlələrlə olan davranışını, fəhlələrin, müqaviləsiz, qəbilqəsiz, təhlükəsizlik kəməri olmadan, ayaqlarında yüngül rezin cəkələtlərlə işləməsi və bu kimi qanunsuzlyqları görüb söyləyən qadin jurnalistə verilən cavab doğurdan da harnlığın son həddidir. 

"Sən filan yerli olmasaydın mən sənin başına bir  oyun açardım ki, adını unudardın". "Səni itirərəm" və s. kimi hədə-qorxu dolu  ifadələr söyləməkdən çəkinməyən Elnur Məmmədov  sözsüz öz ağasına xoş olsun deyə quyruq bulayan ünsürdən başqa birisi deyil. VƏTƏN inşaat MMC-nin sahibi "gözəl" seçim edib. Bir "molodes" kəlməsi xatirinə qadına güc göstərməkdən çəkinməyən Elnur kimi kölə "dəyərli sərvətdir".  Nəticədə kim nə deyir-desin VƏTƏN-in bütövlüyü pozulmasın.  Bu vətən uğruna qan tökülən ana vətən deyil haaa!

VƏTƏN insaat MMC-dir ki, mənfəətlər xatirinə vətəndaşın qanını tökəməkdən əsla çəkinməz. 

Tərifə Maqsudova



Xəbəri paylaş

1 0178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___