Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zərərçəkmiş: "Vaqif Xaçatryanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı"
Tarix: 18-10-2023 | Saat: 11:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Vaqif Xaçatryanın dəstəsi 5 nəfəri məktəbə salıb diri-diri yandırdı".

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Fazil Hacıyev deyib.

Zərərçəkmiş təqsirləndirilən şəxsi tanıdığını, Vaqif və onun dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olduğunu bildirib: "Ermənilər bütün yolları bağlamışdılar. Onlar 5 nəfəri məktəbə salıb diri-diri yandırdılar. Cinayətdə iştirak edənlər Badara kənd sakinləridir. Kəndə hücum zamanı özüm də ağır yaralandım, tanışım Allahverdini vurdular".

Zərərçəkmiş Ədalət Salmanov söyləyib ki, Meşəli soyqırımını törədənlərin başında Vaqif Xaçatryan dayanırdı: "Mənim maşınımı yandırdılar. Xaçatryanın qardaşı kəndimizdə təsərrüfat briqadiri işləyirdi. Hücum zamanı çayın qırağında əmim oğlunu vurdular. Onun meyitini güclə çıxarıb təxliyə edə bildim".

Zərərçəkmiş Arzu Rüstəmov vurğulayıb ki, həmin hadisələrdə onun qardaşı, polis əməkdaşı Hidayət Rüstəmov qətlə yetirilib: "Qardaşım daha çox "Mirpaşa" ləqəbi ilə tanınırdı. Qardaşım şəhid olmuşdu. Dekabrın 24-ü meyitləri götürməyə gedəndə qardaşımın yandırılmış, yəni kül vəziyyətində olduğunu gördüm. Qardaşım Milli Qəhrəmandır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza verilməsini tələb edirəm".


Xəbəri paylaş

2048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___