Dünya tarixçiləri Azərbaycanda toplaşacaq
Tarix: 07-09-2015 | Saat: 16:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi bu il oktyabrın 13-16-da ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi (ATAM) və AMEA Tarix İnstitutunun birlikdə keçirəcəyi Konqres Azərbaycanın qədim şəhəri Gəncədə keçiriləcək.
Azərbaycan və Türkiyə Prezidentlərinin himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilib.
Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən olan alimlərin iştirak edəcəyi bu nüfüzlu Konqresin proqramına XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında, Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar, 1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri, Cənubi Qafqazın işğalında erməni faktoru, XX əsrin əvvəllərində beynəlxalq arenada Azərbaycanın neft siyasəti, 1918-ci ildə Qafqazda olan alman heyətinin Azərbaycanla bağlı hazırladığı hesabatlar, Azərbaycan səfiri İbrahim Əbilovun Türkiyədəki fəaliyyəti, Birinci Dünya müharibəsində Cənubi Qafqazda demoqrafik vəziyyət, arxiv sənədlərinə görə Birinci Dünya müharibəsində Qafqaz İslam Ordusunun Gəncə və Bakı hərəkatı, “Tərcüman” qəzetində Gəncə, Nuxa (Şəki) və ətrafı, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, Heydər Əliyevin hakimiyyəti dövründə Türkiyə-Azərbaycan münasibətləri, müasir mərhələdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı məsələlər və s. kimi Azərbaycanla bağlı maraqlı mövzular daxil edilib.
Konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcək
Xəbəri paylaş
6088 dəfə oxunub.
Digər xəbərlər

30-04-2020, 13:34
"Məktəblərin açılması real görünmür" - Nazir müavini
23-05-2016, 12:20
Komitə sədri Qobustana gedir
29-10-2022, 18:38
AQTA “Qızıl Tac” şadlıq sarayında yoxlama həyata keçirib-FOTOLAR
8-11-2016, 19:28
Cəlilabadda 3 otaqlı ev yandı, yaralı var
4-07-2022, 11:18
Jony və Burak Özçivit Bakıda bir arada - FOTO
18-08-2023, 16:43
Pedofil ər-arvad həbs olundu - Uşaqlarını erotik filmə çəkirmişlər
23-02-2016, 17:26
Ziyafət Əsgərov yeni vəzifəyə təyin edildi
8-12-2015, 14:14
Döş xərçənginin əsas səbəbləri