Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Penitensiar Xidmət İdarəsi məhkumlara qayğısını artırıb.
Tarix: 03-08-2023 | Saat: 10:00
Bölmə:M / Karusel / Xəbəraz TV / Reportaj / Aktual / Həftə-Reytinq | çapa göndər


Penitensiar Xidmət İdarəsi məhkumlara qayğısını artırıb.

Penitensiar Xidmət İdarəsində rəhbər dəyişikliyi, məhkumların həyatına ciddi şəkildə təsir edir. 

Yeni rəis Mirsaleh Seyidov vəzifəyə gəldiyi qısa müddətdə özü  və  tabeçiliyində olan vəzifəli şəxsləri  cəzaçəkmə müəssələrində  silsilə görüşlər təşkil edir. Məhkumların yaşamı, məşquliyyətləri ilə yaxından tanış olmağa çalışır.

Yaxın günlərdə Mirsaleh Seyidovun tapşırığı ilə 15 saylı Cəzaçəkmə Müəssisəsində olan Fikrət Qafarov, məhkumlarla keçirdiyi görüş zamanı onların problemlərini dinləyib, mümkün olduğu halda yerində həll edirlər. 

Məhkumları narahat edən bir sıra məsələlər barədə müəssisə rəhbərlərinə lazımi tapşırıqlar verir.

Məhkumların həyatlarını yaxşılaşdırmaq məqsədilə bəzi islahatlar aparır, məhkumların mətbəxlərinin yaxşılaşdırılması və qidaların  yüksək keyfiyyətinə xüsusi diqqət  yetirilir.

Ailələrinin yaxınları ilə görüşməsi üçün yaradılan yüksək səviyyəli şərait aparılan islahatların bir qismini təşkil edir.

Cəzaçəkmə müəssisəsində xüsusi qabiliyyət sahibi olan məhkumların bacarıqlarından onların öz mənafeləri naminə istifadə edilməsi, məhkumlara həyatın bir parçası düşüncəsini aşılayır.

Eyni zamandan məhkumlar arasında ziyalı insanlara göstərilən hörmət daha çox diqqətə laiqdir. 

Fikrət Qafarovun məhkum jurnalist olaraq mənə ayırdığı zaman və diqqət mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəblə belə qənaətə gəlirəm ki, Mirsaleh Seyidovun rəhbərliyi altında çalışan hər bir penitensiar xidmət əməkdaşları, bundan sonra öz rəhbərlərinin  nümunəvi  xidmətlərini örnək alıb, ona laiq vəzifələrini yerinə gətirəcəklər.

Məhbus jurnalist: Cəlal Məmmədov



Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___