Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əllərinizi Türkiyə dövlətindən çəkin" - Kılıçdaroğlu Rusiyanı ittiham etdi
Tarix: 12-05-2023 | Saat: 09:14
Bölmə:M / Karusel / Gündəm / Siyasət | çapa göndər

“Əllərinizi Türkiyə dövlətindən çəkin" - Kılıçdaroğlu Rusiyanı ittiham etdi


Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Rusiyanı sui-qəsddə ittiham edib.

Türkiyə müxalifətinin lideri öz Tvitter hesabında Moskvanı “əllərini Türkiyə dövlətindən çəkməyə” çağırıb.

“Əziz rusiyalı dostlar, dünən bu ölkədə ifşa olunan montajların, sui-qəsdlərin, “Deep Fake” məzmunlu yazıların arxasında siz dayanırsınız. 15 Maydan sonra dostluğumuza davam etmək istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən uzaq tutun. Biz hələ də əməkdaşlıq və dostluğun tərəfdarıyıq”, - deyə Kılıçdaroğlu türk və rus dillərində yazıb. 

Bu bəyanat hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın rəqibinin kürd yaraqlı liderini dəstəklədiyini göstərən videonu nümayiş etdirməsindən sonra verilib. Daha sonra avropalı jurnalistlər müəyyən ediblər ki, səs yazısı fərqli fon və məzmuna malik iki videodan ibarətdir.






Xəbəri paylaş

4288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___