Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna Azərbaycan dilində yazıb-oxumağı bilmir... - Gülsarə Kərimovna.. bəlkə Ramiz Mehdiyev qayıtdı, onda mən nə edərəm?...
Tarix: 14-01-2023 | Saat: 13:38
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər





Qoy, Türkmənistan XİN  Gülsarə Kərimovna ilə bağlı məsələyə aydınlıq gətirsin...
Yazıya başlamazdan öncə qeyd edək ki, söhbət Zəngilan rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İvanovadan, bağışlayın İmanovadan gedir. Bəli, Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna rayonda o qədər qanunsuz  qərarlar qəbul edib, hələ üstəlik rayon məhkəməsinə qanunsuz işçilər qəbul edib ki...səsi yuxarılara çatıb. Bəli, yaxın zamanda  Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasında  Gülsarə Kərimovna ilə bağlı məsələlər müzakirə oluna bilər. Digər tərəfdən Gülsarə Kərimovna 5 ildir ki, Zəngilan Rayon Məhkəməsinin sədridir. Və bu 5 ildə bu xanım hakim rayonda o qədər  qaçqın və məcburi köçkünləri boşadıb ki... Bu 5 ildə Gülsarə Kərimovna nə qədər ölüyə, nə qədər diriyə...qərar verib ki... Artıq  Zəngilan camaatı  bu qadının əlindən beziblər... Buna görə də  Gülsarə Kərimovna özünə hansısa  rayon məhkəmələrinin birində boş sədr yeri axtarır. Bəli, bu qadın  sıravi hakim deyil ee, məhkəmə sədri olmaq istəyir. Deyilənə görə, Hacıqabul, yaxud başqa bir rayona  məhkəmə sədri getmək istəyir,Gülsarə Kərimovna... Özü də hər yerdə deyir ki, Zəngilanda və Suraxanıda yığdıqlarım bəsimdir.
Məlumdur ki, bütün dünyada məhkəmə-hüquq sisteminin simvolu gözübağlı tərəzidir. Mahiyyəti budur ki, biz gözü açıq olaraq kiminsə tərəfində deyilik, yəni bitərəfik. Gülsarə Kərimovna hər yerdə deyir ki, mənim üçün ƏDALƏT TƏRƏZİSİ-zadı deyilən bir şey yoxdur... Kimə münasibətim pisdirsə, onunla ƏDAVƏT TƏRƏZİSİ-ndə məsələni həll edirəm...
Yəqin ki, yazımızı oxuyan oxucular düşünə bilər ki, kimdir bu qədər  özündən razı, özündən müştəbeh  məhkəmə sədri Gülsarə Kərimovna İmanova.
Qısa məlumat üçün qeyd edək ki... Haqqında bəhs etdiyimiz Gülsarə Kərimovna 16 yanvar 1962-ci il tarixdə SSRİ-nin tərkibində olan  Türkmənistan SSR-də anadan olan, 1984-cü ildə Türkmənistan Dövlət Universitetinin hüquq fakültəsini bitirən, 1984-1986 Çarcou Vilayəti Təmir Tikinti trestinin hüquqşünası, 1986-1992-ci illərdə Çarcou Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili, 1992-1994-cü illərdə Darqanata rayon Qaz-açak qəsəbə notariat kontorunun notariusu işləyən, 1994-1996-cı illərdə fərdi vəkillik fəaliyyəti ilə məşğul olan Gülsarə Kərimovna 2007-ci ildə müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakıda necə peyda oldu ?
Birincisi, Gülsarə Kərimovna özünün yazdığı tərcümeyi-halında sonuncu iş yeri 1996-cı il göstərilir, sonra 2007-ci ildə Bakı  göstərilir. Gülsarə Kərimovna 2007- 1996 = 11 İL harada olub, nə ilə məşğul olub ?
Deyilənlərə görə, Gülsarə Kərimovna Türkmənistanda sonuncu iş yeri olan vəkillik fəaliyyətindən qovulub və HƏBSXANA həyatı yaşayıb. Əgər belə deyilsə, qoy Gülsarə Kərimovna 11 İL məsələsinə aydınlıq gətirsin. İkincisi, Gülsarə Kəromovna müstəqil Türkmənistan dövlətinin vətəndaşlığından imtina edibmi ? Gülsarə Kərimovna Azərbaycana hansı statusla və neçənci ildə daxil olub ? Gülsarə Kərimovna Azərbaycan vətəndaşıdırmı..? Əgər  Azərbaycan vətəndaşıdırsa, neçənci ildə vətəndaş olub..? Ümumiyyətlə, bu qadının üzərindən sirr pərdəsini götürməyin vaxtı çatıb... Bəs görəsən, bu qadın Bakıya necə gəlib, necə Suraxanıda məhkəmə hakimi, sonra Zəngilanda məhkəmə  sədri olub..? Mediada yazılanlardan bəlli olur ki, Gülsarə Kərimovna Prezident  Administarsiyasının sabiq rəhbəri  Ramiz Mehdiyevin həyat yoldaşı, erməni əsilli Qalinanın rəfiqəsi olub. İstər-istəməz ortaya xeyli suallar çıxır: Yaxşı, Ramiz Mehdiyevin indi nəinki qılıncının dalı, heç qabağı da kəsmir. Bəs belə olan halda  bu gün  Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovnanın Qalina ilə rəfiqəlik etməsinə, sirrimizin Petrosyanlara çatmasına görə narahat deyilikmi? Bəli, Gülsarə Kərimovna təkcə Ramiz Mehdiyevlə bağlı olsaydı...
Redaksiyamıza daxil olan məlumata görə, Gülsarə Kərimovna  Zəngilan məhkəməsindən uzaqlaşdırılacağını başa düşüb... Ona görə də özünə boş sədr yeri olan rayon məhkəməsi axtarır... Deyilənə görə, Hacıqabul, yaxud başqa bir rayon məhkəməsinə sədr olmaq istəyir.. Gülsarə deyir ki, daha Zəngilan məhkəməsində bir şey yoxdur... Bir şey nədirsə, o sualın cavabı və şənbə günləri Ağanın məhkəməyə maşınsız gəlməsi haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
P.S. Deyirlər Gülsarə Kərimovna tez-tez Ramiz Mehdiyevin evinə gedib-gəlir. Bu yaxınlarda rəfiqələrindən biri deyib ki, ora gedirsənsə məni aparma. Gülsarənin cavabı belə olub, bəs Ramiz Mehdiyev vəzifəyə qayıtsa nə edəcəyik, mənə çörəyi o verib.
mənbə https://gundelik-baku.com/




Xəbəri paylaş

2708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___