Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Qızlar Universiteti, yoxsa, qaib, imtahan biznesi…? - Katibə kimin “yük”ünü daşıyır..?
Tarix: 13-01-2023 | Saat: 13:12
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Foto-fakt / Aktual | çapa göndər



Nasir, publisist, ssenarist, DRAMATURQ  universitet  rektoru Ağarəhim Rəhimov …

Vaxtilə Azərbaycanda  bir universitet var idi, Azərbaycan Dövlət Universiteti ( indiki  Bakı Dövlət Universiteti ). İndi maşallah  universitetlərin sayı, yağışdan sonrakı göbələk kimi artıb. Haqqında bəhs edəcəyimiz Bakı Qızlar Universiteti ilə bağlı qısa məlumat verək. Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və qəbul keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. Yazılanlardan bəlli olur ki, Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir. Tələbələrin təlim-tərbiyəsi ilə 7 kafedrada çalışan 100-dən artıq müəllim məşğul olur. Onlaradan 37 nəfəri elmlər doktoru, professor, qalanları isə elmlər namizədi, dosentdir.
Universitetin müəllim heyyəti haqqında uzun-uzadı bəhs etmək istəmirik, universitetin saytında yazılanlardan bəlli olur ki, guya maddi texniki-baza zəngindir-filan. Bura qədər yazdıqlarımız universitetin reklamıdır. Əslində isə vəziyyət tam başqadır. Belə ki, hazırda  universitetin rektoru Ağarəhim Rəhimovun qızı  Sevinc Rəhimovadır. Sözün düzü, bu barədə uzun-uzadı yazmaq istəmirik.
Təsəvvür edirsiniz, XXI əsrdə ata universiteti qızına verir, nə bilim, deputat deyir ki, mən gedirəm yerimi qızıma verin… Bu  XXI əsrdə rüsvayçılıqdır.. Nə isə əsas mövzudan yayınmayaq. Beləliklə   xeyli sayda professorun, alimin olduğu universitetdə ata  universitet rektoru vəzifəsini qızı Sevinc xanım Rəhimova  hədiyyə edir. Yeni rektor Sevic xanım Rəhimovaya  keçməzdən öncə sabiq rektor Ağarəhim Rəhimovun bir müsahibəsinə nəzər salaq: Azərbaycan mühitində Bakı Qızlar Universitetini açmışam və bir valideyn, tələbə və məzun deyə bilməz ki, Ağarəhim müəllim bizdən rüşvət alıb. Üç şeyə həyatımda diqqət yetirmişəm və onlardan birincisi rüşvətdir ki, demişəm almayacam, içimdə ona qarşı patoloji nifrət var.
İkincisi bir halda ki, bu qızların təlib-tərbiyəsini öz üzərimə götürmüşəmsə, burada əxlaqi keyfiyyətlər yüksək səviyyədə olmalıdır. Bir Azərbaycan qızı haqqında mənfi söz eşitmək istəmirəm. Bu günün yetkin qızı sabahın anasıdır. Bir ailənin aparıcısı, sahibi anadır. Uşaqlarının və ərinin tərbiyəedicisi qadındır. Bu çox möhtəşəm bir missiyadır və əgər belə olmasaydı, Məhəmməd Peyğəmbər əbəs yerə deməzdi ki, “cənnət anaların ayağı altındadır”.
Bu yerdə adam istəyir ucadan desin, a kişi,  saxla görək ee...nə cənnət-zad... Bəlkə, sənə QAİB-lərin, İMTAHAN-ların qiymətini yazaq...? Deyirsən ki, rüşvətə qarşı patoloji nifrətim var, rüşvətdən söhbət düşəndə ürəyim bulanır, qusuram-filan... Vallahi, ayıbdır,  sənin rəhbəri olduğun universitetdə  rüşvət ayaq  açıb yeriyir... Bəlkə, universitetə sabiq nazir  Ziya Məmmədovun sponsorluq  etməyindən yazaq... Ağarəhim Rəhimov deyir ki, bütün təhsil sistemi bilir ki, bizim universitetdə hər şey ola bilər, amma iki şey, bir əxlaqsızlıq və bir də rüşvət ola bilməz. Yaxşı tələbələrin özünü  dinləyək: “Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır”. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda o bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib: “5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi, sudurğa tutdu. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi. Daha sonra rektor Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Belə faktlar əlimizin altında onlarladır ee, Ağarəhim müəllim. Ağarəhim müəllim, əxlaqdan danışırsınız… Görəsən, katibə kimin “yük”ünü daşıyır… Araşdrımamız  davam edir. Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
P.S. Ağarəhim Rəhimov əgər sən həmin universitetdə hər hansı bir tələbəyə qarşı əxlaqa zidd bir ifadə işlətmisənsə, həmin ifadələr özünə və yaxinındakı qohum-əqrəbana getsin. O ki, qaldı katibənin yükünə biz verdiyimiz sorğudan sonra həmin yükün dəyəri haqqında ictimaiyyətə məlumat verəcəyik.

mənbə https://gundelik-baku.com/



Xəbəri paylaş

2738 dəfə oxunub.

Digər xəbərlər
26-02-2017, 22:40 Cəbhədə son vəziyyət

bütün xəbərlər
____ Instagram ___