Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziya Məmmədovun oğlunun 85 milyonluq biznesi ilə bağlı SƏNƏD yayıldı - ŞOK FAKTLAR
Tarix: 25-12-2022 | Saat: 12:18
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt / Araşdırma | çapa göndər



Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yeni xəbər yayılıb.

Xeberaz.Az musavat.com-a istinadən xəbər verir ki, Anar Məmmədov Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə ölkə gündəminə gəlib.

Sözügedən məsələ ilə bağlı xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb. Blogerin yaydığı məlumata görə, sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da açıqlayıb.

Qeyd edək ki, bundan bir neçə ay öncə Anar Məmmədov xanımına İstanbulda bahalı ad gün şənliyi keçirməklə gündəmə gəlmişdi. Tədbir İstanbulda yerləşən məkanların birində baş tutmuşdu. Məclisdə Türkiyənin tanınmış sənətçiləri Alişan, Demet Akalın, Simge iştirak etmişdilər.


Daha sonra Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırması ilə gündəmə gəlmişdi. Bununla bağlı tanınmiş türk iş adamı Erbakan Malkoç paylaşım etmişdi. İş adamı Anar Məmmədovun oğlu Ziya üçün xüsusi yığılmış maşını təqdim etdiyi görüntüləri izəyiciləri ilə paylaşmışdı.

Son olaraq onu da bildirək ki, ölkəyə gələ bilməməsi ilə bağlı xəbərlər yayılsa da hazırda Anar Məmmədov Bakıdadır. Onun mühafizəçilərlə, ciddi qoruma ilə dolaşdığı bildirilir.

Musavat.com onu da xatırladır ki, Ziya Məmmədovun həbs olunma ehtimal ilə bağlı xəbər də yayılmışdı. Buna səbəb Ziya Məmmədovun nazir olduğu dönəmlərdə Bakı-Quba yolundakı təmir işləri olduğu deyilir. Belə ki, Sabiq nəqliyyat nazirinin hər kilometrini təxminən 4,5 milyon manata çəkdiyi və 35 il qarantiya verdiyi yol istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başlayıb.






Xəbəri paylaş

2338 dəfə oxunub.

Digər xəbərlər
6-03-2017, 22:11 Möcüzə axtarışında

bütün xəbərlər
____ Instagram ___