Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"KOROĞLU MMC "oğlumun iş zamanı yolda ölümünə görə heçnə ödəmədi!
Tarix: 14-07-2022 | Saat: 00:20
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Aktual | çapa göndər



Redaksiyamıza müraciət edən şəhid Abdullayev Yəhya Şahbaz oğlunun bacısı Abbasova Minayə Şahbaz qızı , ərizəsində bildirir ki, "oğlum Abbasov Sahil Sərxan oğlu Bakı şəhər B. Bünyadov küç 17 A ünvanında " Şirni" ad loqosu ilə fəaliyyət göstərən "KOROĞLU MMC"-də ticarət nümayəndəsi vəzifəsində işləmiş, onunla şirkət arasında bağlanmış əmək müqaviləsinin 1 nüsxəsini belə istəsək də heç vaxt bizə təqdim etməmişlər. İş vaxtı oğlum göndərildiyi rayonların birinə gedərkən Göyçay rayon ərazisində saat 17 radələrində avto qəza nəticəsində sürücü işçi olan Faiq Cəlal oğlu Quliyev adlı şəxsin idarə etdiyi 45 - BH -160 nömrəli VAZ 21723 markalı avtomaşınla qarşıdan gələn , sürücüsü Babayev İldırım Səfər oğlunun idarə etdiyi Toyota Prado markalı avtomaşınla toqquşaraq 4 metrlik dərəyə yuvarlanması nəticəsində sürücü Faiqlə birgə faciəvi şəkildə dünyasını dəyişmişdir. KOROĞLU MMC , bir şirkət olaraq həlak olan oğlumun əmək kitabçasına  Əmək məcəlləsinin 74-cü maddəsini qeyd edib bizə təqdim etsə də, iş yerindən müvafiq kompensasiyanı ödəməmişdir!"


Redaksiya olaraq , bizə ünvanlamış olan şikayət ərizəsinə , qarşı tərəfdən mövqe öyrənməyi müəssisə rəhbərliyi Tahir Əliyevdən istəsək də, qapı ağzına gələn , özünü müəssisənin Kadrlar şöbəsinin rəisi olduğunu bildirən bir şəxs, ərizəylə və bir sıra sənədlərlə tanış olsa da, bizimlə birgə bu məsələnin araşdırılması üçün Şirkətin hər hansı bir müvafiq şöbəsi ilə nəinki zəng edib bir araşdırmaqda maraqlı olmadı, sadəcə bizə  bildirdi ki, "müəssisədə 5 ildən sonra hər hansı sənədin saxlanması sual altında olduğundan gərək mən müvafiq şöbədə sənədlərin olub- olmamasına gərək nəzər salım."

Qeyd edək ki, işçiylə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsinin bir nüsxəsi, mütləq qaydada işçiyə təqdim edilməklə müvafiq Qeydiyyat jurnalına da imza atılmaqla qeyd edilməlidir ki, bucür mübahisəli məsələlər meydana çıxdıqda, dərhal da müəssisə rəhbərliyi ortaya çıxarmış olsun.

Vəyaxud da ödəmiş olan hər hansı bir kompensasiya haqda da sübutedici qeydiyyatı da olmalıdır.


İndi maraqlı sual ondan ibarətdir ki, əgər bu sadalanan qeyd edilmə halları "Koroğlu MMC" tərəfindən həyata keçirilmişsə, o zaman axı bunları təqdim etməkdə niyə maraqlı olmadı şirkətin vəzifəli səlahiyyətli şəxsi tərəfindən? 



Mövzunu diqqətdə saxlayırıq. Bu mövzuda müvafiq araşdırmalarımız davam edəcək...


Qeyd edək ki, həmin şirkət tərəfindən ailənin digər bir üzvünün də  hüquqpozulması hallarının olduğunu mərhum işçinin qardaşı Abbasov Samir Sərxan oğlu əlavə olaraq bildirir...

Samir bildirir ki, "mən 13avqust 2017- ci ildə KOROĞLU MMC də təhvil- təslim edərək mənə işdənçıxma haqda sənədə də qol çəkdirdilər. Səhhətimlə  müalicə ilə əlaqədar 5 sentyabr 2017ci ildə Pasportuma da möhür vurulmaqla Rusiya Federasiyasına çıxıb getdim.

Lakin orada olarkən telefonuma mesaj gəldi ki, siz Sabunçu rayon məhkəməsinə çağrılırsınız Koroğlu MMC tərəfindən 15min manat təhvil - təslimdə yol vermiş olduğunuz nöqsanlara görə. 

Çox maraqlıdı , əgər 1şirkətin iqtisadiyyat və maliyyə şöbəsindən də təhvil- təslim Qeydiyyatına da təmiz olduğuma rəğmən ikitərəfli qaydada qol çəkilərək qəbul etdiyi halda, ələlxüsus , əmək kitabçama da 70 c yəni işdə yol verdiyi kobud qanunpozuntusu cümləsi də yazılmayıbsa, bu Müəssisə görün mənə necə şər yıxır? Mən bu işin sonuna çatmaqçün dekabrda başlayan məhkəməyə gəldim, Və məhkəmədə bunu , daha sonra guya mənim 10 sentyabr 2017 tarixində öz xahişimlə imzamla işdənçıxma haqda ərizə də yazmışam, ancaq mən artıq o tarixdə ölkədə deyil, ondan 5gün dala, 5sentyabrdan ölkəni tərk etmə haqda pasportdakı  möhürü göstərdim. Sonradan başa düşdüm ki, bunlar bu məkrli planı mənə qarşı ona görə həyata keçirmək istəyirlər ki, mən mərhum qardaşıma görə verilməli olan kompensasiyanı tələb etdiyimi bildirmişdim təhvil- təslim bitdikdən sonra. Hakim bunun şər olduğunu bilib sənədləri ekspertizaya göndərmiş və Ekspertiza mənim xeyrimə qərar da çıxarıb. Bunun şər olduğunu başa düşən KOROĞLU MMC, mənim barəmdə 15min iddia tələbinə dair mülki işin baxılmasının saxlanmasına dair yenidən məhkəməyə müraciət etmişdir. Təsəvvür edin bu nə deməkdir?"


Bu barədə növbəti araşdırmalarda məlumatlar sərgilənəcək...




Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___