Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkim müayinəyə gələn qadını zorlayıb?.... - “Diaqnoz”un qoyduğu saxta diaqnozlar....
Tarix: 09-04-2022 | Saat: 11:35
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər

Həkim müayinəyə gələn qadını  zorlayıb?.... - “Diaqnoz”un  qoyduğu  saxta diaqnozlar....


“Diaqnoz”  Tibb Mərkəzində nələr baş verir..? 

Qorxmaz Hüseynova məxsus “Diaqnoz”  vergidən necə yayınır...? 


Vallah deyirlər qulaq gündə təzə bir xəbər eşitməsə kar olar. Amma...
Bu gün oxuduğum  xəbər əslində  xəbərdən çox iyrənc, heç bir əndazəyə sığmayan cinayət əməlidir. 
Dövrü  qədimdən məlumdur ki, xəstə müalicə olunmaq, şəfa tapmaq üçün  həkimin yanına gedər. 
Həkim də öz savadı, təcrübəsi  daxilində xəstənin sağalmasına  kömək edər. 
Amma bizim bəzi həkimlər özlərini qəssab kimi aparır. 
Bəli,  Azərbaycan  səhiyyəsi  elə dəhşətli durumdadır ki, adam  yazmağa  söz tapmır. 
Dəfələrlə yazmışıq ki, Azərbaycanda  həkim xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsir və sonra deyir ki, mexaniki səhv olub...
Yaxud  Biləsuvar Mərkəzi  Xəstəxanasının həkimi xəstənin kor bağırsağı əvəzinə nazirk bağırsağını kəsib şikəst eləyir...
Bu siyahını kifayət qədər uzatmaq olar...
İndi haqqında bəhs edəcəyimiz  tibb mərkəzinin həkimi isə müayinəyə gələn qadını zorlayıb...
Bəli, söhbət  Bakıdakı  “Diaqnoz” Tibb Mərkəzindən gedir. 
Əsas mövzuya  keçməzdən öncə  bir məsələyə nəzər salaq. 
Bu gün ölkədə fəaliyyət göstərən özəl klinikaların, tibb mərkəzlərinin çoxunun sahibi məmurlardır. 
Baxırsan, Ali Məhkəmədə çalışır, Baş Prokurorluqda işləyir, nə bilim icra başçısıdır və...özəl xəstəxanası var. 
Adamdan soruşarlar ki, sənin tibbi anlayışın yoxdursa, sən necə  xəstəxana işlədə bilərsən..? 
Nə isə əsas mövzudan yayınmayaq. 
Haqqında bəhs edəcəyimiz, “Diaqnoz”  Tibb Mərkəzinin sahibi də sabiq məmurlardan biridir. Daha dəqiq desək,  bu  Mərkəzin  “Azərsu”yun  keçmiş sədri  Qorxmaz Hüseynova  məxsus olması barədə  mediada kifayət qədər yazılıb. 
Deməli, paytaxtın Xətai rayonunda yerləşən “Diaqnoz” Tibb Mərkəzində şüa-rentgen  diaqnostikası üzrə həkim işləyən Çingiz Məmmədovun xidməti otağına  gələn xanım  səhhətindən şikayət edir. 
Çingiz Məmmədov  qadından  rentgen müayinəsinin zəruri olduğunu və bunun çılpaq bədənlə həyata keçirildiyini deyib. O, qadından  əynindəki bütün paltarları çıxartmasını və sinəsini rentgen cihazına dirəməsini tələb edib.
Bundan sonra Çingiz Məmmədov otağın işığını söndürərək cinsi ehtirasını təmin etmək məqsədi ilə qadına  zor tətbiq edərək onu zorlayıb.  
Məhkəmə materiallarında zorlamanın  detalları ilə bağlı elə iyrənc ifadələr var ki,  onu yazmağı  düzgün hesab etmədik. 
İndi gördünüzmü, bizim bəzi həkimlər təkcə qəssab  deyil, həm də manyakdır. 
Qadının şikayətindən sonra istintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib. 
Amma  Xətai rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilməyib. Bu səbəbdən Çingiz Məmmədovun barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham verilməsini, ona ağır cəza təyin olunmasını istəyib.
Bundan başqa, zərərçəkmiş qadın da apelyasiya şikayəti verib. O, Çingiz Məmmədov tərəfindən təcavüzə məruz qaldığını, onun barəsində ittihamedici hökm çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb. 
Bəli, məsələ qapandı. Yəni rüşvət və korrupsiyanın olduğu yerdə  sən pozulmuş haqqını bərpa edə bilməzsən. Məhkəməyə  Qorxmaz Hüseynovun  təzyiqləri barədə də mediada yazılıb. 
Bütün bunlar azmış kimi  hamilə qadın haray salır ki, “Diaqnoz”un  həkimlərinin qoyduğu səhv diaqnoza görə az qala  faciə ilə üz-üzə qalmışam. 
Deməli,  xəstələrin dediklərinə görə, bu tibbi mərkəzdə  xidmət haqları çox yüksəkdir. Hətta adi müayinə 200 manata başa gəlir. Həkimlər dərman firmaları ilə  şərikli işləyir. 
Ən dəhşətlisi  odur ki,  “Diaqnoz”  Tibb Mərkəzi  vergidən külli miqdarda  yayınır. 
Belə ki,  “Diaqnoz Tibb Mərkəzi”nə gələn pasientlər müayinə və yaxud analiz üçün ödəniş edəndə qəbzdə əlavə dəyər vergisi (ƏDV) qaytarılmır. Bu da ciddi şəkildə vergidən yayınma faktıdır.
Görəsən, Vergilər Dövlət Xidməti  və Səhiyyə Nazirliyi  bu yazılanları görmür..? 
Yazıda müxtəlif saytların  materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Biz bir redaksiya olaraq əgər o hadisə doğrudan da baş veribsə, hadisəni törədən həkim (əgər törədibsə) və həkimi müdafiə edən hakim (əgər nəyinsə müqabilində müdafiə ediblərsə) həmin hakim də, həmin həkim də, həmin qadının yerində öz qızlarını, öz həyat yoldaşlarını, öz analarını, öz bacılarını görsünlər. Əgər hadisəni həkim törətməyibsə, ədalətli hakim onu müdafiə edibsə Allah onların hər ikisinin köməyi olsun.
(https://gundelik-baku.com/)






Xəbəri paylaş

4958 dəfə oxunub.

Digər xəbərlər
4-10-2017, 11:28 Atəşkəs yenə pozuldu

bütün xəbərlər
____ Instagram ___