Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2 saylı Doğum evinə ayrılan 2 MİLYON hara xərcləndi, Mehriban Abasquliyeva..? - Baş həkimin Sabunçuda pərdə, uşaq geyimləri dükanları…
Tarix: 07-04-2022 | Saat: 11:48
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər

2 saylı Doğum evinə ayrılan 2 MİLYON hara xərcləndi, Mehriban Abasquliyeva..? -  Baş həkimin Sabunçuda pərdə, uşaq  geyimləri  dükanları…



Haqqında bəhs etmək istədiyimiz  Mehriban  Abasquliyeva  barəsində qısa məlumat verək. 
Abasquliyeva Mehriban 1963-cü ildə anadan olmuşdur. 1986-cı ildə Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirmişdir. 1994-1998-ci illərdə Bakı şəhər1 saylı Qadın məsləhətxanasının baş həkimi, 1998-2000-ci illərdə Bakı şəhər 3 saylı ŞKX-da baş həkimin müavini vəzifəsində işləmişdir. 2000-ci il tarixindən hal hazıradək Bakı şəhər  Sabunşu  2 saylı Doğum evinin baş həkimi vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü və 2007-ci ildən partiyanın  rayon təşkilatının sədridir. 
Bu qadının adı o qədər neqativ  hallarda, qalmaqallarda hallanır ki….
Hətta Mehriban Abasquliyevanın vəzifəsindən azad edilməsi və  2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralovanın (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilməsi ilə də bağlı ölkə mətbuatı  kifayət qədər yazıb. 
Amma sonradan hansısa  sehrli əl Mehriban Abasquliyevanı yerində saxlaya bilib. 
Xəstəxana ilə bağlı onu qeyd edə bilərik ki, 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı 2 il öncə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. 
Bu dövlət başçısının səhiyyə sisteminə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.
Bəs görəsən, Mehriban Abasquliyeva  deyə bilərmi ki, bu 2 milyon hara xərclənib..? 
Adam iqtidar partiyasının rayon təşkilatının sədri olanda nə olar..?
Təsəvvür edirsiniz, bu qədər şikayətlərdən  sonra Səhiyyə Nazirliyindən yoxlamaya gələnlər  Mehriban Abasquliyevanın kabinetindən kənara çıxmırlar, işlərini görüb gedirlər.
Mehriban  Abasquliyeva  xəstəxanada  qazandığı yüz minlərin hesabına  özünə Sabunçuda böyük biznes şəbəkəsi yaradıb. Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var.
Baş həkim o qədər həddini aşıb ki, hətta özəl mətbəəsi də var. 
Belə ki, Mehriban Abasquliyeva  pasiyentlərə verilən xəstəlik tarixçələrini  öz mətbəəsində çap etdirir. Sonra xəstəlik tarixçələri cırılır.  
Əslində  2 nömrəli Doğum Evi dövlətin balansında olduğuna görə xəstəlik tarixçələrini Səhiyyə Nazirliyi verməlidir, amma Sabunçu rayon 2 nömrəli Doğum Evinin rəhbəri isə guya onları özü çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, xəstəlik tarixçələrinin çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır. 
Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəftərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur, müxtəlif  marketlərdə satılır. 
Yəni  Mehriban Abasquliyeva  dövlət xəstəxanasını öz  şəxsi obyekti  kimi işlədir. 
Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, ya da yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. 
Yəni alış-verişi  baş həkim Mehriban Abasquliyeva özü edir. 
Təsəvvür edirsiniz, Ulu Öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 90-cı illərində istifadəyə verilən  Doğum evi bu gün sanki bazara çevrilib. 120 çarpayıdan ibarət olan xəstəxana  ilə bağlı   çox ciddi narazılıqlar var. 
Ölkə mediasında yayılan videolardan da  açıq-aydın görünür ki, xəstələr bağlı qapı arxasında  külli miqdarda rüşvət verməyə məcbur edilir. 
Kimin şübhəsi varsa, buyurub  Mehriban Abasquliyeva ilə bağlı  xırda bir axtarış apara bilər. 
Qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağan edilməsinə baxmayaraq….
Mehriban Abasquliyeva Doğum evində qayda qoyub: 
Pul ver, uşağın cinsiyyətini deyim…
Doğum evinin nəzdində  qadın məsləhətxanası da fəaliyyət göstərir. 
Bura Mehriban Abasquliyevanın sanki bürosudur. 
Adi həkimin qəbuluna  düşmək 30-40 manatdır. 
Sözün qısası, Mehriban Abasquliyeva Sabunçuda əməlli-başlı bazar açıb. 
Görəsən səhiyyə naziri cənab Teymur Musayev bu rüsvayçılığı görmür..? 
Yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
Ardı var.
Mənbə;(https://gundelik-baku.com/)





Xəbəri paylaş

3348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___