Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Hər 10 dəqiqədən bir zəng edib deyirdilər ki…” - Zelenskidən sensasion ETİRAF
Tarix: 23-03-2022 | Saat: 11:29
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər



Ukrayna Prezidenti Volodimir Zelenskiyə fevralın 24-də tövsiyə olunub ki, üç gün ərzində ölkəni tərk etsin
Bu barədə dövlət başçısı Çex Respublikasının "ČT24" telekanalına müsahibəsində deyib.
"Hamı mənə dedi ki, dərhal getməliyəm. Hamı. Həm dövlətimiz daxilindəki xüsusi xidmət orqanları, həm də tərəfdaşlarımız. Onlar başqa ölkələrdən siqnallar alıblar və üç gün ərzində Ukraynanı tərk etməyimi tövsiyə ediblər", - o bildirib.
Zelenskinin sözlərinə görə, hər on dəqiqədən bir ona zəng edib ölkədən çıxmağı məsləhət görürdülər.
Bundan əlavə, Ukrayna lideri səhhəti ilə bağlı suala cavabında vurğulayıb ki, o sağlamdır və "olduqca sakit" qərarlar verir:
"Mən yaxşı yatıram. Heç vaxt çox yatmamışam, amma həmişə yaxşı yatmışam. İndi işə daha çox diqqət yetirirəm, etdiyim və dediklərim daha çox konsentrasiya tələb edir. Mən insanlara yalnız müsbət məlumat vermək, sadəcə onlara gülümsəmək istəmirəm, həm də istəyirəm ki, mesajın pozitiv görünməsini təmin edim".


Xəbəri paylaş

4978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___