Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sizinlə ümumiyyətlə danışmağın nə mənası var?" - Zelenski Rusiyaya səsləndi
Tarix: 12-03-2022 | Saat: 11:18
Bölmə:M / Karusel / Siyasət | çapa göndər


"İşğalçılar Melitopol şəhərinin merini ələ keçiriblər".
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O, çıxışında Melitopol şəhərinin meri İvan Fedorovun ruslar tərəfindən əsir götürülməsindən danışıb:
"Açığı, bu, işğalçıların zəifliyinin əlamətidir. Onlar bizim torpağımızda heç bir dayağa rast gəlmədilər. Baxmayaraq ki, bununla çox hesablaşırdılar. Çünki illərlə öz-özlərinə yalan danışırdılar ki, guya Ukraynada Rusiyanı gözləyirlər.
Söhbət ideologiyadan, siyasətdən deyil, konkret icmadakı insanların həyatından gedir. Ola bilsin ki, Rusiyada avtokratik hakimiyyət illərində bu vərdişlərini artıq itiriblər. Ola bilsin ki, onlar merin sadəcə bir patron olduğuna inanırlar".
Zelenski vurğulayıb ki, Ukrayna demokratik dünya var. Ona görə də Melitopol merinin ələ keçirilməsi təkcə konkret şəxsə qarşı cinayət deyil:
"Bu, demokratiyaya qarşı cinayətdir. Sizi əmin edirəm ki, bütün demokratik ölkələrdə insanların 100 faizi bundan xəbərdar olacaq. Rusiya işğalçılarının hərəkətləri İŞİD terrorçularının hərəkətləri ilə eyniləşdiriləcək".
Ukrayna Prezidenti Melitopol merinin dərhal azad edilməsini tələb edib:
"Əgər siz İŞİD terrorçularının analoquna çevrilirsinizsə, onda sizinlə ümumiyyətlə hər hansı bir mövzuda danışmağın nə mənası var? Biz bu məsələni, o cümlədən Moskva ilə əlaqə saxlayan beynəlxalq vasitəçilərin qarşısında qaldıracağıq".


Xəbəri paylaş

3438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___