Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
284 saylı məktəbdə yenə təmir, süpürgə pulu yığılır?.... - Məktəb direktoru Nizami Novruzov niyə tədbir görmür ?
Tarix: 05-03-2022 | Saat: 11:54
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Araşdırma | çapa göndər

284  saylı  məktəbdə yenə təmir, süpürgə  pulu yığılır?.... - Məktəb direktoru Nizami Novruzov niyə tədbir görmür ?



Filosof  olmaq, hələ yaxşı məktəb direktoru olmaq deyil...

Məktəblərimizdəki  vəziyyətin dözülməz olması  heç kimə sirr deyil. Millətimizin gələcəyi isə birbaşa təhsil sistemindən, məktəblərimizdəki təlim və tərbiyədən birbaşa  asılıdır. 
Müəllim həm də öz məktəbində gəns nəsil üçün əsl nümunə olmalıdır. 
Ancaq təəssüf ki, məktəblərimizdə uzun illərdir ki, jurnal pulu, təmir pulu, süpürgə pulu kimi  eybəcər bir  ənənə yaranıb. 
Düzdür, bu məsələdə təkcə məktəb direktorlarını ittiham etmək olmaz. Axı, məktəb direktorları da yığdıqları pulları icra başçılarına, nazirliyə  çatdırırlar. 
Haqqında bəhs edəcəyimiz  məktəb direktoru Nizami Novruzov  xeyli müddətdir ki, Binəqədi rayonundakı 284 saylı orta məktəbin direktorudur. 
Qısa  məlumat üçün qeyd edək ki, bu şəxs   Azərbaycan Pedaqoji İnstitutunu bitirb, 1982-ci ildən Kəlbəcər rayonunun Soyuqbulaq kəndində Riyaziyyat müəllimi, direktor müavini vəzifəsində çalışmış, 1988-ci ildən isə Nərimanov rayonundakı Məhəmmədhüseyn Şəhriyar adına 193 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir.
1999-cu ildən 2015-ci ilədək Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin direktoru olmuşdur. 
Hazırda  Biləcəri qəsəbəsindəki 284 saylı orta məktəbin direktorudur. 
Deməli, Nizami Novruzovun  məktəbdə yaralanan  şagirdlə bağlı dediklərini oxuyanda  düzü məəttəl qaldıq. 
Şagirdi  ağır vəziyyətdə  xəstəxanaya götürüblər, əməliyyat olunub, məktəb ditektoru isə deyir ki, hadisə dərsdən sonra baş verib. 
İndi özünüz deyin, bu insan öz şagirdləri üçün necə nümunə ola bilər ? 
Hətta onu da qeyd edək ki, cənab məktəb direktoru  fəlsəfə  doktorudur. Və  “Məsaməli ovuntu materiallarının plastik deformasiyası”  mövzusunda elmi işi də var. 
Maraqlıdır ki,  filosofun  plastik materiallara nə dəxli var ?
Ümumiyyətlə, 284 saylı məktəbin adı  rüşvətdə çox hallanır. 
Hətta 284 saylı məktəbin  şagirdlərindən təmir pulu  yığılması  da medianın aparıcı mövzularından biri olub. 
Hətta  “Son zəng”   tədbirinin keçirilməsi üçün  şagirdlərdən  xeyli miqdarda pul yığılıb.  
Ümumiyyətlə, 284 saylı  məktəbin adı  neqativ halların baş  verməsində  daha çox  qeyd edilir. 
Valideynlər isə dəfələrlə   bu məktəbdə baş verən neqativ hallarla bağlı  mediaya müraciət ediblər. 
Ancaq  görünən odur ki, bütün bunlar  məktəb direktoru  Nizami Novruzovu  ilgiləndirmir.  
Nizami Novruzovun  Ulu Öndərlə bağlı  yazdığı  maraqlı kitablara görə, ona “SAĞ OL”  deyirik, həm də deyirk ki, gənc nəsili  Heydər Əliyev ideyalarına uyğun tərbiyə etmək lazımdır.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(https://gundelik-baku.com/)










Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___