Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin planını açıqladı: Ukraynanı dəhşət gözləyir...
Tarix: 04-03-2022 | Saat: 09:51
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Fransa Prezidenti Makrona inansaq, Putinin planı Ukraynanı tam ələ keçirməkdir.
Makron ötən gün Putin və Zelenski ilə danışıb. Yelisey sarayının yaydığı məlumata görə, Putin hər hansı kompromisdən qəti şəkildə imtina edib və Ukraynanı almayınca, dayanmayacağını bildirib. Makron Ukraynanı daha ağır günlər gözlədiyindən, deyəsən, əməllicə "təsirlənib".
Putin hədə-qorxu gəlmir: görünür ki, planından imtina etmək niyyətində deyil. Təhlükəsizlik Şurasının iclasında da Putin hər şeyin plan üzrə getdiyini bildirdi.
Plan üzrə gedən nədir?
Rusiya ordusu Ukraynada hava məkanını əhəmiyyətli dərəcədə nəzarətə götürüb, Ukraynanın HHM sistemlərinin böyük əksəriyyətini sıradan çıxarıb; ötən gün Ukraynanın şərqindəki separatçı qurum artıq vilayətin sərhədlərinə çıxdığını rəsmən elan etdi.
Dənizdə birmənalı üstünlük Rusiyanın tərəfindədir. Rus ordusunun bəzi açar şəhərlər istisna olmaqla, ciddi şəkildə irəlilədiyi göz önündədir.
Ukraynada yaşayan soydaşlarımız da vəziyyətin həddən artıq dramatik olduğunu bildirir. Son iki günə qədər Kiyevdə qalmağa davam edən soydaşlarımız artıq nəinki Ukrayna paytaxtından, hətta Lvovdan çıxırlar.
Rusiya Ukraynanın hər tərəfindədir.
Ukrayna hakimiyyətinin və Qərbin Ukrayna üçün planı nədir?
ABŞ da - Putin kimi - planları haqda indi açıq danışır və Rusiyanın "güllələrini" sayır: bir neçə gün öncə Pentaqon Rusiyanın sərhəddə topladığı qüvvənin 75%-ni hücuma cəlb etdiyini bildirmişdi. Ötən gün isə elan etdi ki, Rusiyanın sərhəddəki qüvvələrinin artıq 90%-i döyüşə girib, həm də indiyə qədər Rusiya 480 ballistik və qanadlı raket atıb.
Ukraynaya "təskinlik" də verdi: Belarus ordusuda döyüşə qatılması üçün heç bir hərəkətlilik yoxdur!
ABŞ Rusiyanın hərbi imkanlarını getdikcə daha çox səfərbər etdiyinə, daha çox resurs xərclədiyini diqqət çəkir; o raketlərin haraları necə dağıtması deyil, nə qədərinin istifadə olunmasını güdür.
Ötən gün Pentaqon yenə Rusiyanın Kiyevə girməyi hədəflədiyindən bəhs etdi.
Bu sözü "tərcümə" edək: Rusiya Kiyevə girməkdə israrlıdır, ABŞ da onun girməsi üçün bütün provokasiyaları edir. Çünki onda rus ordusu daha çox itki verəcək - həm heyət, həm də texnika baxımından.
Zelenski hava səmasının bağlanmadığı təqdirdə vəd edilən qırıcıların Ukraynaya verilməsini istəyir. Qərb isə bu məsələdə qətiyyən tələsmir.
"Qərb Ukraynanı satdımı" sualı dərhal aktivləşir!
Qətiyyən! ABŞ-ın ssenarisində Ukraynanın hava məkanını və paytaxtını qorumaqda bu ölkəyə dərhal dəstək göstərmək əvvəldən yox idi. Ona görə HHM sistemləri və qırıcılar Ukraynaya "piyada" gələcək.
Bəlkə sülh? Bəlkə Rusiyanı qıcıqlandırmamaq üçün qırıcılar gəlmir?
Axı, Ukrayna-Rusiya danışıqları da nəticə vermir, Ukrayna nümayəndə heyəti "gözlədiyi nəticəni almamaqdan" gileylənir...
Almaniya da daxil olmaqla, ötən iki gün ərzində Ukraynaya vəd edilən qırıcılar əvəzinə göndərilən silahlar sırasında yenə "Stinger", "Javelin" - tankvuran, zirehli texnikaları uğurla sıradan çıxarıb məhv edən silahlar öndədir.
Səbəb Kiyevin də küçə döyüşlərinə salınmasıdır. Küçə döyüşləri üçün fiziki yardım da gəlir - əcnəbi legionlar yaradılır, muzdlular Ukraynaya axışır.
Çox təəssüf ki, Putin bu planı bildiyi halda sonuna qədər getməyə qərar verib. Qardaş qırğınının miqyası genişlənir, Rusiyanın da hərbi-iqtisadi çöküşü dərinləşir.
Qərb "nəticəyə" köklənib: ABŞ ilkin olaraq Ukraynanın yenidən qurulmasına 100 milyard ayrılması üzərində düşünür, AB də bu prosesdə qətiyyət göstərəcək.
İndi isə dəhşət həftəsi başlayır: Ukrayna üçün daha ağır günlər gəldi.
Yeri gəlmikən, rus ordusunun əsir düşən əsgəri cəmi 3 günlük azuqə götürdüklərini bildirmiş, bu hücumun çox qısa olacağı haqda onlara məlumat verildiyini iddia etmişdi.
Rus desantının üzərindən çıxan xəritə və planda isə müharibənin 20 fevralda başlayacağı, 6 martda başa çatacağı haqda bilgi olduğu iddia edilir.
Müharibə 4 gün gecikdi, demək, Rusiyanın əsas zərbələrinin tamamlanması planı da 4 gün gecikir. Tamamlanacaqmı?
Qarşıdakı bir həftədə hər şey aydınlaşacaq...
"Sonra nə olacaq" sualının cavabı ilk gündən bəllidir: indi daha heç kim şübhə etmir ki, Rusiya dağıtdığı Ukrayna şəhərlərinin xarabalıqları altına düşür; nə qədər çox dağıdacaqsa, "batma" da o qədər dərin olacaq...


Xəbəri paylaş

4078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___