Ermənistan vətəndaşı avtomobillə 4 azərbaycanlını vurub
Tarix: 24-05-2015 | Saat: 16:49
Bölmə:M / Karusel / Hadisə / Dünya / M2 | çapa göndər
Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.
Mayın 23-də saat 22 radələrində Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Xeberaz.az -ın APA-ya istinadən xəbərinə görə, Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi “Mercedes-E Class” markalı avtomobillə 4 azərbaycanlını vurub. Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.
Sadaxlı sakinlərinin bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

29-04-2019, 11:17
Meydan TV-nin yeni direktorunun kimliyi bilindi
3-12-2016, 21:15
"Mister Bin"in cazibədar qızı - FOTOLAR
6-10-2016, 10:20
Azərbaycan Ordusunun əsgəri şəhid olub
3-05-2016, 18:35
İrəvanın bu addımı təhqirdir - XİN
24-12-2018, 10:18
Tələbə qəbulu qaydaları dəyişdirildi
15-05-2015, 13:34
Manatın bu günə olan rəsmi məzənnəsi – CƏDVƏL
3-06-2023, 14:46
Qurdları öldürən ŞÜYÜD TOXUMU. İstifadə qaydası
19-10-2019, 13:05
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış ETDİ
24-06-2016, 19:48
Sabiq MTN rəhbərinə hökm oxundu