Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həbsdə olan icra başçısı İsmayıl Vəliyevin eşşək südü biznesi.... - 15 il “itkin” düşən İsmayıl Vəliyev necə peyda oldu ?
Tarix: 25-02-2022 | Saat: 12:24
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər

Həbsdə olan icra başçısı İsmayıl Vəliyevin eşşək südü  biznesi.... - 15 il “itkin” düşən   İsmayıl Vəliyev  necə peyda oldu ?



İsmayıl Vəliyev  mərhum dayısı İsmət Qayıbovun əmlakını da ələ keçirib...

Sabiq icra başçısının  “Tarqovı”da  bir binada  6 evi var...



Qısa məlumat üçün qeyd edək ki, hazırda həbsxana həyatı yaşayan  İsmayıl Vəliyev....
1981-ci ildə  Əli Bayramlı ( indiki Şirvan ) şəhərində “qorsovet”də işləyib və sonra 15 il “itkin” düşüb. 
Əgər şübhəniz varsa,  buyurun  Vikipediyada İsmayıl Vəliyevin  ömür yoluna  nəzər salın. 
Bəli, İsmayıl Vəliyev  1981-ci ildən sonra  bir də Dövlət Gömrük Komitəsində ( DGK ), daha doğrusu Sumqayıt gömrüyün rəisi olub, sonra DGK sədrinin müşaviri, daha sonra DGK-da Analitik şöbənin rəisi olub. 
Paa, İsmayıl Vəliyev hara Analitika hara, yəni  analiz-təhlil hara..? 
İsmayıl təhlil edə bilsəydi, indi  həbsxanada yox, başqa yerdə olardı...
Bəli, İsmayıl Vəliyev DGK-da analiz edə-edə birdə gəlib çıxdı Qobustana icra başçısı. Oranı  6-7 il  xaraba qoyandan sonra  Neftçalada icra başçısı kimi peyda oldu. Daha dəqiq desək, 2011-ci ildən  2020-ci ilədək. 
2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat keçirib. İsmayıl Vəliyev büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərlə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. İsmayıl Vəliyevin Neftçalanın Qoltuq qəsəbəsindəki heyvandarlıq təsərrüfatı (orada həm də cins keçilər saxlanılır), Neftçala şəhərindəki böyük bazarı, beton zavodu barədə də əməliyyat çəkilişində bəhs edilir. Habelə İsmayıl Vəliyevin qanunsuz aktivlərinə Neftçalada özəl uşaq bağçası, böyük əraziyə malik olan tədarük məntəqəsi, keçmiş yol idarəsinin hektarlarla ərazisi (özəlləşdirilib), min hektarlarla münbit əkin sahələri, “Xol yolu” deyilən ərazidə eşşək ferması da daxildir. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır. Habelə İsmayıl Vəliyev rayonun Qaramanlı kəndində sovet dövründən qalan avtomobil zavodunun ərazisini də özəlləşdirib, rayonda qanunsuz balıq ovu biznesi də onun nəzarətində olub. İcra başçısı balıq ovlamaq üçün çoxsaylı motorlu qayıqlar və digər avadanıqlar saxlayıb, o cümlədən Vəliyevin çoxsaylı ağır texnikası, yük maşınları, traktorları da olub. 2011-ci ildən rayona rəhbərlik edən İ.Vəliyevin biznesi təkcə Neftçala ilə yekunlaşmayıb. Onun Dubayda müasir kərpic zavodu açdığı, habelə Türkiyədə tikinti biznesinin olduğu da deyilir. Bu biznesi Vəliyevin böyük oğlu idarə edir. Ümumiyyətlə, İ.Vəliyevin ölkə xaricində çoxsaylı aktivlərinin olduğu da bildirilir. Həbs edildiyi gün vəzifəsindən azad edilmişdir.
Deyilənə görə Kürdəxanlıda  oturub “eşşək südü satmaqla”  məşğuldur. 
Bu qısa  siyahıya baxanda özünüz də gördünüz ki,  bu adamın biznesi  Neftçaladan Türkiyəyə, oradan Dubaya qədər gedib çıxır. Ancaq bu adamın gözü doymurdu. 
İsmayıl Vəliyevin təkcə  “Torqovı”da  bir binada  6  evi  var.  
İsmayıl Vəliyevin  Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğlu  olması da mediadan bəllidir. 
Gündəlik-Bakıya daxil olan özəl məlumata görə, rəhmətlik İsmət Qayibovun  nə mükü varimişsə,  çoxu bacısı oğlu  İsmayıl Vəliyevin adına imiş. 
Və  heç nədən doymayan, hətta eşşək südünə də tamah salan  İsmayıl Vəliyev  mərhum dayısı İsmət Qayıbovun da nəyi  varsa hamısına sahib çıxıb. 
İndi gördünüzmü, bu adamın tamahı  hətta dibsiz quyudan da  dərin imiş. 
İndi qoy  eşşək südündən içib 11 il Kürdəxanıda  otursun.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(https://gundelik-baku.com/)







Xəbəri paylaş

4818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___