Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İdrak” liseyinin arxasında kim dayanır ?- Liseyin direktoru Mönsüm Alışovun “təhsil biznesi”…
Tarix: 23-02-2022 | Saat: 09:36
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər




Hər özəl  liseyin  arxasında güclü bir məmur-oliqarx var...

“İdrak”  liseyinin  arxasında  hansı yüksək çinli məmur dayanır ? 

Əgər  pandemiya dövründə məktəb qapalıdırsa, təhsil haqqının 100 faizini necə tələb etmək olar ?


Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda özəl ali məktəblərin, liseylərin sayı durmadan artır. 
Amma bütün ekspertlər  təsdiq edir ki, təhsilimizin səviyyəsi günbəgün aşağı  düşür. 
Tam etiraf etmək lazımdır ki,  əgər repetitor  müəllimlər olmasaydı, bəlkə də ali məktəblərin  auditoriyaları boş qalardı. 
Nə isə, özəl  liseylərdən biri də  İdrak liseyidir. 
Məlumat üçün qeyd edək ki, İdrak liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir.  
Və  2008-ci ildə Sumqayıtda yaradılıb. 2014-cü ildən isə  Bakıda  filialı fəaliyyətə başlayıb.
Lisey  ölkədə ən müasir maddi-texniki bazaya, ən son tələblərə cavab verən yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş sinif otaqlarına və laboratoriyalara malikdir. 
Buracan yaxşı. Avadanlıq, kompüter,  texnologiya...bəs sonra..? 
Yeri gəlmişkən,  İdrak liseyinin  təsisçisi  Mönsüm Alışovdur. 
O, 2008-ci ildə Sumqayıt Özəl İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib.    
Amma  liseylə bağlı  daxil olan məlumatlar  durumun heç də ürəkaçan olmadığını göstərir. 
Ümumiyyətlə, özəl liseylərlə bağlı ciddi problem var. 
Belə ki, özəl liseylərlə  bağlı valideynlər şikayət edəndə  Təhsil nazirliyindən deyirlər ki, biz özəl liseylərə nəzarət edə bilmirik. Çünki hər özəl liseyin arxasında güclü bir məmur-oliqarx var. 
Xeyli sayda  valideyn deyir ki, “İdrak”  liseyi övladımın təhsil hüququnu pozur  və şikayətə baxan yoxdur. 
Valideynlər deyir ki, əgər  pandemiya dövründə məktəb qapalıdırsa,  onda təhsil haqqının 100 faizini necə tələb etmək olar ? 
Valideynlər onu da deyir ki, pandemiya dövründə lisey bizimlə müqaviləsinin şərtlərinin, demək olar ki, heç birini yerinə yetirə bilmədi. Özəl liseylərdə müqavilə şərtlərinin tam yerinə yetirilməsi üçün qurum mütləq fəaliyyət göstərməlidir. Yəni şagird səhər saat 8-dən axşam saat 6-ya kimi liseydə olmalı; əyani dərslər, gündə 4 dəfə yemək, istirahət saatları, ev tapşırıqlarının icrası, 6-a yaxın dərnəkdə fəaliyyət təmin edilməlidir. Bunlar o halda icra oluna bilər ki, lisey açıq olsun və şagird 10 saatını orada keçirsin. Qapalı olan bir qurumun valideynlərdən 100 faiz ödəniş tələb etməsi həm ədalətsizlik, həm də qanun pozuntusudur. Biz  təklif edirik ki, ödəniş  30 faiz olsun. Amma lisey qəbul etmir və  İdrak liseyi şagirdləri onlayn dərslərdən uzaqlaşdırır və nəticədə onların təhsil hüququ əllərindən alınır. 
Bunun bur adı var: dələduzluq. 
Görəsən  təhsil naziri Emin Əmrullayev nə düşünür ? 
Bu barədə növbəti yazıda.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(https://gundelik-baku.com/)








Xəbəri paylaş

1 0968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___